Şükürbəyli kənd tam orta məktəbində 33 ildən sonra ilk zəng çalındı - FOTO

İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kənd tam orta məktəbində 33 ildən sonra ilk zəng çalınıb.

Bizim.Media xəbər verir ki, Şükürbəyli kənd məktəbi 1926-cı ildən fəaliyyətə başlayıb. Məktəbə ilk dəfə 9 uşaq cəlb olunub.
 

1934-cü ildə ibtidai məktəb yeddiillik təhsil müəssisəsinə çevrilib, 1937-ci ildə birtipli layihə əsasında yeni məktəb binası inşa edilərək istifadəyə verilib. 1957-ci ildən isə məktəb orta məktəb kimi fəaliyyət göstərib. 1993-cü ilin mayında məktəbdə tədris ilinin son zəngi çalınıb.

 

İşğal illərində kənddə evlər dağıdılıb, ocaqlar sönüb, sakinlər doğma yurdlarından məcburi köçkün düşüblər. Uzun illər Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan Cəbrayıl sakinlərinin övladları tədris ilinin ilk və son zənglərini doğma yurdlarından kənarda qarşılayıblar.

44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Cəbrayıl rayonu da işğaldan azad edilib. Qarabağ və Şərqi Zəngəzurda həyatın yenidən canlanması, yaşayış məntəqələrinin bərpası və sakinlərin doğma yurdlarına qayıdışı istiqamətində genişmiqyaslı işlər görülür.

Həmçinin Şükürbəyli kəndi də öz sakinlərinə yenidən qucaq açıb.

Bu gün daha bir tarixi gün yaşanıb və kənd məktəbində 33 ildən sonra tədris ili başlayıb. Bu münasibətlə Şükürbəyli kənd tam orta məktəbində təşkil olunan tədbirdə Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin rəhbəri Fuad Bədəlov, digər rəsmi şəxslər, məktəb kollektivi, şəhid ailələrinin üzvləri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından, işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən canlanmasından və Böyük Qayıdış çərçivəsində görülən işlərdən danışıblar. Şükürbəyli kəndində 33 ildən sonra yeni tədris ilinin başlanmasının əlamətdar hadisə olduğu vurğulanıb.

Bildirilib ki, müasir standartlara uyğun inşa edilən məktəbdə şagirdlərin keyfiyyətli təhsil alması üçün bütün zəruri şərait yaradılıb. Təhsil ocağının müasir infrastrukturu, tədris imkanları və yaradılan şərait kəndə qayıdan ailələrin övladlarının doğma yurdda təhsil almasına imkan verir.

Daha sonra məktəblilərin ifasında musiqi və rəqs nümunələri təqdim olunub, şeirlər səsləndirilib.

Sonda 33 ildən sonra Şükürbəyli kəndində ilk tədris gününün zəngi çalınıb. Şagirdlər böyük sevinc və həyəcan hissi ilə sinif otaqlarına daxil olublar.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Xocavənd şəhərində daha 55 nəfər dogma yurduna qovuşdu

Xocavənd şəhərində daha 55 nəfər dogma yurduna qovuşdu

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

90 yaşında belə formada qalır - Yediyi 5 qida

90 yaşında belə formada qalır - Yediyi 5 qida

End of content

No more pages to load

RADİO