İşğaldan azad olunan torpaqlarımızda da bu gün ilk zəng çalınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Kəlbəcər rayonunun Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.
İlk dərs günü məktəbdə böyük sevinc və həyəcanla qarşılanıb. Bu il 121 şagird doğma Kəlbəcərdə təhsilini davam etdirəcək.







Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu