Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır –QƏRAR

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası tərəfindən yetkinlik yaşına çatmayan şəxsin cinayətkar fəaliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edilib.

Ali Məhkəmədən Bizim.Media-ya verilən məlumata görə, cinayət işi üzrə müəyyən edilmiş işin hallarına əsasən, yetkinlik yaşına çatmayan şəxs əvvəllər götürdüyü mobil telefonu qaytarmaq adı ilə zərərçəkmişi görüşə çağırıb, yanında olan yetkin şəxsə zərərçəkmiş barədə məlumat verərək ondan pul almağı təklif edib.
 

Daha sonra hər iki şəxs əvvəlcədən razılaşaraq zərərçəkmişi təmirdə olan kafenin yaxınlığına aparmış, orada zərərçəkmiş şəxsi bıçaqla hədələyərək, ona fiziki zor tətbiq etməklə, pul və digər əmlakı ələ keçiriblər.


Aşağı instansiya məhkəmələri tərəfindən yetkinlik yaşına çatmış şəxs quldurluqla yanaşı, yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etməkdə də təqsirli bilinib məhkum edilib. Məhkum kassasiya şikayətində yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etmədiyini və bu səbəbdən əməlində Cinayət Məcəlləsinin 170.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmadığını bildirib.

İşi araşdıran Ali Məhkəmə qeyd edib ki, yetkin şəxsin yetkinlik yaşına çatmayan şəxslə birlikdə cinayət törətməsi faktı öz-özlüyündə onun həmin şəxsi cinayətkar fəaliyyətə cəlb etməsi anlamına gəlmir.

Yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etməyə görə məsuliyyətin yaranması üçün yetkin şəxsin onu cinayət törətməyə sövq edən konkret hərəkətlər etməsi müəyyən olunmalıdır. Qanuna əsasən, belə təsir aldatma, vədlər vermə, hədə-qorxu, zor tətbiq etmə və ya zor tətbiq etmək hədəsi formasında ola bilər.
 

Başqa sözlə, yetkin şəxsin yetkinlik yaşına çatmayan şəxsdə cinayət törətmək niyyəti və qətiyyəti yaratmağa yönəlmiş fiziki və ya psixoloji təsir göstərməsi sübuta yetirilməlidir. Əgər belə təsirin olması sübuta yetirilmirsə, yalnız yetkin və yetkinlik yaşına çatmayan şəxslərin cinayəti birlikdə törətmələri Cinayət Məcəlləsinin 170-ci maddəsinin tətbiqi üçün kifayət deyil.

 

Ali Məhkəmə işin hallarını araşdıraraq müəyyən edib ki, yetkin şəxs yetkinlik yaşına çatmayan tanışını cinayət törətməyə sövq etməyib. Onun yetkinlik yaşına çatmayan şəxsi aldatması, ona qazanc və ya başqa vədlər verməsi, hədə-qorxu gəlməsi, zor tətbiq etməsi və yaxud zor tətbiq etməklə hədələməsi iş üzrə sübuta yetirilməyib.

Əksinə, iş üzrə müəyyən edilmiş hallara görə, zərərçəkmişdən pul almaq təklifini irəli sürən, onu mobil telefonunu qaytarmaq adı ilə görüşə çağıran və bununla da quldurluq cinayətinin törədilməsi təşəbbüsü ilə çıxış edən məhz yetkinlik yaşına çatmayan şəxs olub.

İş üzrə məhkum edilmiş şəxsin qanunda göstərilən üsullardan hər hansı biri ilə yetkinlik yaşına çatmayan şəxsi cinayətkar fəaliyyətə cəlb etməsi təsdiq olunmadığından, Ali Məhkəmə onun əməlində Cinayət Məcəlləsinin 170.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olmadığı nəticəsinə gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Azərbaycanı daim hədəf alan “JAMnews” haqqında bilmədiklərimiz

Xocavənd şəhərində daha 55 nəfər dogma yurduna qovuşdu

Xocavənd şəhərində daha 55 nəfər dogma yurduna qovuşdu

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Xocalı və Ağdərədə daha 19 ailəyə mənzillərinin açarları təqdim olundu – FOTO

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

90 yaşında belə formada qalır - Yediyi 5 qida

90 yaşında belə formada qalır - Yediyi 5 qida

End of content

No more pages to load

RADİO