Bu il 1-ci sinfə qədəm qoyan balaca məktəblinin ilk gün görüntüləri maraqla qarşılanıb. Məktəbə hələ tam alışa bilməyən oğlan əkiz bacısından fərqli olaraq göz yaşlarını saxlaya bilməyib.
Balaca şagird ağlamasının səbəbini anasını çox sevdiyini və ondan ayrılmaq istəmədiyini deyərək izah edib.
Müxbirin “Bəs sabah necə olacaq?” sualına isə onun cavabı gözlənilməz olub.
“Sabah da ağlayacağam”, – deyə balaca məktəbli bildirib. Onun səmimi cavabı ətrafdakılarda gülüş doğurub.
Nəzrin Mirzəyeva, Bizim.Media