Kredit borcunu ödəyə bilməyənlərə şad xəbər - Yeni qayda

Bank olmayan kredit təşkilatlarında (BOKT) gündəlik kredit borcunu restrukturizasiya edən müştəridən əlavə ödəniş tələb olunmayacaq.

Bizim.Media "report.az"a istinadla xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov deyib.

Onun sözlərinə görə, gündəlik kreditlərlə bağlı yeni yanaşma sektorda baş verən proseslərin və neqativ halların qarşısını almaq məqsədilə tətbiq olunub.

"Burada əsas məqsədimiz istehlakçıların izafi borclanmasının qarşısının alınması və hüquqlarının qorunmasıdır. Bəzi hallarda faizlər yüksək olurdu. Buna görə də verilən gündəlik kreditlərin yuxarı həddini 500 manat müəyyən etdik. Gündəlik faiz dərəcəsi 0,3 %-dir. Kreditin qaytarılma müddətinin yuxarı həddi isə 45 gündür.

 

Əsas məqsədimiz ondan ibarətdir ki, bütün ödənişlər üzrə müştərinin ödəyəcəyi məbləğ götürdüyü kreditin məbləğindən 100 %-dən çox olmamalıdır. Yəni şəxs 100 manat kredit götürürsə, onun ödəyəcəyi əlavə xərc 100 manatdan çox olmamalıdır. Bu normativ müştərilərin daha yüksək məbləğdə borclanmasının qarşısını almaq məqsədilə tətbiq edilib.


Burada təminatla bağlı da qadağalar var. Daşınar və daşınmaz əmlakın təminat kimi götürülməsi qadağandır. Restrukturizasiya ilə bağlı da qadağa qoyulmuşdu. Lakin biz cari vəziyyəti və istehlakçıların gündəlik kreditlər üzrə gecikmiş borclarını nəzərə alaraq restrukturizasiyaya imkan verdik", – deyə X. İsmayılov bildirib.

O qeyd edib ki, AMB bu qərarı sentyabrın 8-də qeydiyyata alıb və yeni qayda oktyabrın 10-dan tətbiq olunacaq.

"Müştəri kreditin 20 %-ni ödəməklə növbəti 45 gün ərzində kreditini restrukturizasiya edə bilər. Bu da həmin müştərilərin gecikmiş kreditlərinin vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək. Yəni müştərinin gecikmiş krediti üzrə vəziyyəti yaxşılaşacaq.

Eyni zamanda, müştərinin ödəyəcəyi ümumi məbləğin götürdüyü kreditin məbləğinin 100 %-indən çox olmaması nəzərdə tutulub. İstənilən halda, restrukturizasiya həyata keçirilsə belə, müştəri əlavə xərc ödəməməlidir. Yəni ödəniş məbləği müəyyən edilmiş 100 %-lik həddi keçməməlidir. Burada əsas fokusumuz vətəndaş, yəni borcalandır", - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hərbçilərin maaşı ARTIRILIR

Hərbçilərin maaşı ARTIRILIR

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

Pensiya artımları ilə bağlı ŞAD XƏBƏR

Pensiya artımları ilə bağlı ŞAD XƏBƏR

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

20 min manatlıq limit sabahdan qüvvəyə minir

20 min manatlıq limit sabahdan qüvvəyə minir

Komitə sədri: “Satınalmalar haqqında qanunvericiliyə köklü dəyişikliklər ediləcək”

Komitə sədri: “Satınalmalar haqqında qanunvericiliyə köklü dəyişikliklər ediləcək”

Özünü maşının altına atdığı iddia edilən şəxs serebral iflic xəstəsi imiş... – FOTO/VİDEO

Özünü maşının altına atdığı iddia edilən şəxs serebral iflic xəstəsi imiş... – FOTO/VİDEO

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri AÇIQLANDI - Bir müsbət, bir mənfi...

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri AÇIQLANDI - Bir müsbət, bir mənfi...

Sabahdan kreditlə bağlı YENİ QAYDALAR qüvvəyə minəcək

Sabahdan kreditlə bağlı YENİ QAYDALAR qüvvəyə minəcək

Terrorizmi maliyyələşdirən şəxslərlə bağlı cəzalar SƏRTLƏŞDİRİLİR

Terrorizmi maliyyələşdirən şəxslərlə bağlı cəzalar SƏRTLƏŞDİRİLİR

Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi – FOTO/VİDEO

Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi – FOTO/VİDEO

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

Masazırda mənzildə yanğın oldu - VİDEO

Masazırda mənzildə yanğın oldu - VİDEO

Sumqayıtda peşə məktəbi sökülür? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda peşə məktəbi sökülür? – RƏSMİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO