Hazırda dünyada təkcə yaşlılar deyil, gənc nəsil arasında da yuxusuzluq səviyyəsində artım olduğu bildirilir. Amma indiyə qədər yuxusuzluğa qidalanma rejimi, həyat tərzi səbəb göstərilirdisə,indi bunun başqa səbəbi də tapılıb.
Bizim.Media xəbər verir ki, yuxuya gedə bilməməyinizin səbəbi bəşəriyyətin "mavi"yə bürünməsidir; NASA Yerin son 23 ildə dəyişdiyini bildirib: əvvəllər kosmosdan baxdıqda şəhərlər "sarı" görünürdüsə, indi onlar tamamilə mavi və ağ rəngdədir – yəni telefon və noutbuk ekranlarından bizə yayılan işığın eynisi ilə.
Araşdırmalar göstərir ki, LED işıqlandırma melatonin istehsalını ləngidir, yuxuya mane olur və həmçinin psixi sağlamlıq problemlərində rol oynaya bilər.
Bizim.Media