Kirayə ev axtaranların nəzərinə - Bu tarixdən sonra rahat olacaq

Yeni tədris ilinin başlaması ilə Bakıda tələbə kirayə evlərinə tələbat da artıb. Paytaxtda universitetlərin yerləşdiyi ərazilərə yaxın evlərə marağın yüksəlməsi kirayə qiymətlərini yenidən gündəmə gətirib. Büdcəsi məhdud olan tələbələr isə həm münasib qiymətə, həm də nəqliyyat baxımından əlverişli ev axtarırlar.

Bəs hazırda Bakının hansı ərazilərində tələbələr daha münasib qiymətə ev tapa bilər?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov tələbələrin əsasən 500-600 manatlıq mənzillərə üstünlük verdiyini bildirib:

“Bu, hazırda çox aktual məsələdir. Bir çox istehlakçı, əsasən də birinci kursa qəbul olunmuş Bakı şəhərindəki tələbələr mənzil tapmaqda çətinlik çəkirlər. Təkcə mənzil qiymətləri baha deyil, hətta ev tapmaq belə problemə çevrilib. Daha çox az və orta büdcəli mənzillərdən söhbət gedir. Yəni dəyəri 500-600 manata qədər olan evlərə tələbat çox yüksəkdir.

Xüsusilə şəhərin daxilində, məktəblərə, ali təhsil müəssisələrinə və akademik rayonlara çıxışı olan ərazilərdə bu tələbat daha çoxdur. Belə olan halda, əvvəlki illərdə olduğu kimi, əsasən birinci kursa qəbul olmuş tələbələr bu vəziyyətdən daha çox əziyyət çəkirlər”.

Ekspertin sözlərinə görə, kirayə evlərə yüksək tələbat oktyabrın ortalarına qədər davam edəcək:

“Hazırda şəhərdən kənar ərazilərdə ev tapmaq mümkündür. Şəhərin daxilində isə ən azı 1-2 ay ərzində bu tendensiya davam edəcək. Oktyabrın ortalarına qədər vəziyyət belə olacaq. Oktyabrın ortalarından, təxminən 10-15-dən sonra tələbat azalacaq və ev tapmaq daha rahat olacaq.

Əvvəlki illərdə tələbələrin çoxu Masazır və Xırdalan ərazilərinə çıxmışdılar. Lakin bunun mənfi tərəfi odur ki, yol üçün çox vaxt sərf olunur. Səhər gedəndə, axşam qayıdanda tələbələr məsafəyə görə əlavə yol xərcləri ilə qarşılaşırlar. Amma şəhərin təhsil müəssisələrinə nisbətən aralı yerləşən, nəqliyyat baxımından əlverişli, gediş-gəlişi rahat olan yerləri tələbələrə tövsiyə edərdim.

Tələbələr ev kirayələyərkən mütləq müqavilə imzalasınlar. Müqavilə hər iki tərəfin öhdəliklərini təmin edir. Evdə olan əşyalar mütləq qeyd olunmalıdır. Həmin əşyaların vəziyyəti də müqavilədə göstərilməlidir. Bundan başqa, evdən vaxtından əvvəl çıxarılma ilə bağlı məhdudiyyətlər qoyulmalıdır.

Məsələn, evdən 6 aydan tez çıxmaqla bağlı müəyyən şərtlər müqavilədə qeyd oluna bilər. Tərəflər arasında razılaşmaya əsasən, bu müddət ərzində ev sahibi müqaviləni poza bilməz və qiyməti artıra bilməz. Əvvəlki borcların da ev sahibi tərəfindən sıfırlanması yaxşı olar. Daha sonra qanunun tələblərinə görə, 2 aydan çox yaşayış yerini dəyişən şəxs qeydiyyata düşməlidir. Bunun üçün evin çıxarışı və müvafiq sənədləri olmalıdır.

Bəzi tələbələr hesab edirlər ki, onlar tez-tez evlərinə gedib-gəlirlər, məsələn, həftəsonları evlərinə qayıdırlar və buna görə qeydiyyata düşməyə ehtiyac yoxdur. Belə halda isə ən azı evlə bağlı müvafiq sənədlər olmalıdır.

Evi kirayə verən şəxs kimdirsə, ödənişi qəbul edən və sizinlə müqavilə bağlayan şəxs də həmin şəxs olmalıdır. Sənədlər də həmin evə aid olmalıdır. Yəni həmin şəxs evin kirayəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmalıdır. Özü olmadıqda isə etibarnaməsi olmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hərbçilərin maaşı ARTIRILIR

Hərbçilərin maaşı ARTIRILIR

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

Pensiya artımları ilə bağlı ŞAD XƏBƏR

Pensiya artımları ilə bağlı ŞAD XƏBƏR

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

20 min manatlıq limit sabahdan qüvvəyə minir

20 min manatlıq limit sabahdan qüvvəyə minir

Komitə sədri: “Satınalmalar haqqında qanunvericiliyə köklü dəyişikliklər ediləcək”

Komitə sədri: “Satınalmalar haqqında qanunvericiliyə köklü dəyişikliklər ediləcək”

Özünü maşının altına atdığı iddia edilən şəxs serebral iflic xəstəsi imiş... – FOTO/VİDEO

Özünü maşının altına atdığı iddia edilən şəxs serebral iflic xəstəsi imiş... – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO