Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux hərbi hissələrdən birinə səfəri zamanı fiziki hazırlığı ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, ölkə rəhbəri hərbi hissədəki idman zalında 100 kiloqram ağırlığında olan ştanqı sinəüstü təkanla (bench press) 20 dəfə qaldırıb.
Dövlət başçısının bu görüntüləri sosial şəbəkələrdə və mediada böyük maraqla qarşılanıb, onun fiziki formasının yüksək səviyyədə olduğu vurğulanıb. (yenisabah.az)
Bizim.Media