Azərbaycana hotel işçiləri xaricdən gətirilir? – Sektorun ən böyük çatışmazlığı üzə çıxdı

Azərbaycanda hotel sektorunun inkişafı ilə yanaşı bu sahədə ixtisaslı kadrların olması da vacibdir. Məhz hotelçilik üzrə ixtisaslaşmış mütəxəssislərin az olduğu, bəzi hallarda isə idarəçilərin xaricdən gətirildiyi iddia olunur. Ümumiyyətlə, hotelçilik deyiləndə cəmiyyətdə ancaq “menecer”, “housekeeping”, “portyer”  təsəvvürü yaranır, halbuki bir hotelin keyfiyyətini müəyyən edən böyük sistemin içində müxtəlif kadrlar var ki, onların da arxasında ixtisaslaşmış şöbələr dayanır.

Ümumiyyətlə Azərbaycanda hotelçilik üzrə kadr hazırlanırmı?

Hotelçilik və qonaqlama üzrə mütəxəssis Kamran Mirzəyev Bizim.Media-ya bildirdi ki, Azərbaycanda turizm və hotelçilik istiqamətində həm ali, həm də peşə təhsili mövcuddur. Azərbaycan Turizm və Menecment Universiteti turizm və hotelçilik üzrə mütəxəssislər hazırlayır.

Bununla yanaşı, peşə təhsili səviyyəsində də mehmanxana təsərrüfatı və digər hotel xidmətləri üzrə kadr hazırlığı həyata keçirilir:

“Yəni ölkədə turizm və hotelçilik üzrə təhsil alanlar var. Əsas problem hotel sektorunun tələb etdiyi beynəlxalq təcrübəli orta-yuxarı səviyyəli kadrların sayının azlığıdır. Aşağı vəzifələrdə isə kadr axını var, amma bəziləri bu sahədə ixtisaslaşmayıblar.

Problemin digər tərəfi də daha çox təhsildə əldə olunan nəzəri biliklərlə hotel sektorunun real ehtiyacları arasındakı fərqlə bağlıdır. Hotelin fəaliyyətində sadəcə diplomlu mütəxəssis deyil, konkret sahədə beynəlxalq təcrübəyə malik kadr tələb olunur. Xüsusilə “Front Office Manager”, “Executive Housekeeper”, “Guest Relations Manager”, “Operations Manager” kimi vəzifələr üçün beynəlxalq hotel standartlarını bilən, uzunmüddətli təcrübəsi olan mütəxəssislər çatışmır”.
 

Mütəxəssis diqqətə çatdırdı ki, bəzi hotel xidmətləri sahəsində məsələn orta və aşağı səviyyəli housekeeping (təsərrüfat işçisi), Room attendant (otaq əməkdaşı) üçün dördillik universitet təhsilindən daha çox peşə hazırlığı, praktik bacarıq və hotel standartlarını bilmək önəmlidir.


Başqa sözlə, hotelçilikdə bütün vəzifələr üçün eyni tipli təhsil modeli tətbiq edilə bilməz. Otaq əməkdaşı üçün peşə təhsili və praktiki hazırlıq, departament rəhbəri üçün isə daha yüksək səviyyəli ixtisas və uzunmüddətli hotel təcrübəsi tələb olunur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Fənərbaxça” rəqibini darmadağın etdi

“Fənərbaxça” rəqibini darmadağın etdi

Şimali Koreya iki ballistik raket buraxdı

Şimali Koreya iki ballistik raket buraxdı

Soçidə PUA təhlükəsi: Lolitanın konserti dayandırıldı - VİDEO

Soçidə PUA təhlükəsi: Lolitanın konserti dayandırıldı - VİDEO

Sumqayıtda FACİƏ: Qatar 38 yaşlı kişini öldürdü - VİDEO

Sumqayıtda FACİƏ: Qatar 38 yaşlı kişini öldürdü - VİDEO

Rusiya Kiyevi daha sərt bombalayacağını AÇIQLADI

Rusiya Kiyevi daha sərt bombalayacağını AÇIQLADI

Bakıda ağır ekran adamların üzərinə aşdı: Xəsarət alan var - VİDEO

Bakıda ağır ekran adamların üzərinə aşdı: Xəsarət alan var - VİDEO

Rusiyada Dövlət Dumasına seçkilər başa çatdı

Rusiyada Dövlət Dumasına seçkilər başa çatdı

Nvidia rəhbəri bəşəriyyətin məhv olacağı ilə bağlı proqnozları "Qiyamət Günü ssenariləri" ADLANDIRDI

Nvidia rəhbəri bəşəriyyətin məhv olacağı ilə bağlı proqnozları "Qiyamət Günü ssenariləri" ADLANDIRDI

Göygöldəki qətlin bəzi DETALLARI açıqlandı

Göygöldəki qətlin bəzi DETALLARI açıqlandı

ABŞ və Çin danışıqlara başladı

ABŞ və Çin danışıqlara başladı

Zelenski Trampla "vacib söhbət" aparacaq

Zelenski Trampla "vacib söhbət" aparacaq

Exit-poll: "Vahid Rusiya" Dövlət Dumasına seçkilərdə yenə liderdir, 5 partiya baryeri keçir

Exit-poll: "Vahid Rusiya" Dövlət Dumasına seçkilərdə yenə liderdir, 5 partiya baryeri keçir

ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq etdi

“İstərdim ki, Şamaxıdakı festival illər boyu davam etsin”

“İstərdim ki, Şamaxıdakı festival illər boyu davam etsin”

Bu ölkədə qızıl mədəni çökdü - 11 ölü, 30 yaralı var

Bu ölkədə qızıl mədəni çökdü - 11 ölü, 30 yaralı var

Tramp əvvəllər Çini tənqid edirdisə, indi Si Szinpinə qırmızı xalça döşəyir

Tramp əvvəllər Çini tənqid edirdisə, indi Si Szinpinə qırmızı xalça döşəyir

Göygöldə ər arvadını qətlə yetirdi

Göygöldə ər arvadını qətlə yetirdi

Belqradda Azərbaycanın milli mətbəxi təqdim olundu - FOTO

Belqradda Azərbaycanın milli mətbəxi təqdim olundu - FOTO

Putin Ukraynanın üç monastrından heç olmasa birini ələ keçirməyə çalışır

Putin Ukraynanın üç monastrından heç olmasa birini ələ keçirməyə çalışır

Vuçiç Nyu-Yorkda Trampla görüşəcək

Vuçiç Nyu-Yorkda Trampla görüşəcək

Almaniyada seçkilər: Berlində Sol Partiya, Meklenburq-Ön Pomeraniyada AfD liderdir

Almaniyada seçkilər: Berlində Sol Partiya, Meklenburq-Ön Pomeraniyada AfD liderdir

“Süleymançılar”, “FETO” və Xarici Xüsusi Xidmət Orqanları - FOTO

“Süleymançılar”, “FETO” və Xarici Xüsusi Xidmət Orqanları - FOTO

Ukraynada yeraltı marşrutlar çəkiləcək - Ön xətdə bölmələrin təchizatı çətinləşib

Ukraynada yeraltı marşrutlar çəkiləcək - Ön xətdə bölmələrin təchizatı çətinləşib

Xankəndi şəhərində möhtəşəm atəşfəşanlıq - FOTO/VİDEO

Xankəndi şəhərində möhtəşəm atəşfəşanlıq - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO