Ən yaxşısı Azərbaycanda, ən təhlükəlisi Ermənistandadır – Zəli terapiyası haqqında bilmədiklərimiz

Xalq arasında zəli terapiyası elə geniş yayılıb ki, kimin canı ağrısa, yeri gəldi-gəlmədi, hamı ya zəli, ya da hicama qoydurmağı məsləhət görür. Baş, boyun, damar, oynaq fərq etməz zəlinin hər dərdə dərman olduğuna inananlar çoxdur.

Biz niyə zəlidən zəli kimi yapışmışıq?

Zəli terapiyası istər ənənəvi, istərsə də alternativ tibdə var, həm də özünü İbn Sinadan bu yana təsdiqləmiş metoddur. Hər halda yaxşı nəticəsi olmasaydı minillərdir insanların dərdinə çarə olmazdı.

Amma zəlini hara gəldi, necə gəldi istifadə etmək olarmı? Zəli terapiyası ümumiyyətlə tibbi cəhətdən qəbul olunurmu?

Həkim-terapevt Yaşar Ələkbərov Bizim.Media-ya açıqladı ki, bəzi hallarda hətta möcüzəvi nəticələri olur.

“Zəlinin ağız suyunda olan fermentlərin insana heç bir ziyanı yoxdur. Bu ağız suyunun tərkibində olan 100-ə yaxın bioloji aktiv maddənin ancaq 20 faizini elm öyrənib. Onun seliyində olan hirudin maddəsi qanın laxtalanmasının qarşısını alır, oksigenlə zənginləşdirir, trombları əridir, orqanizmdəki iltihabi prosesi aradan götürür, immun sistemini möhkəmləndirir və infeksiyanın qarşısını alır.
 

Hirudin, eyni zamanda, yüksək təzyiqi azaldır, yaraları bərpa edir və sağalma sürətlə gedir. Stenokardiya, maddələr mübadiləsi pozulduqda, osteoxondroz (duzlaşma), uroloji, mədə-bağırsaq, ginekoloji, revmatizm, dəri xəstəliklərində zəli ilə müalicə müsbət effekt verir”.


Həkim diqqətə çatdırdı ki, zəli ilə müalicə yalnız təcrübəli əllərdə xeyirlidir.  İlk növbədə yalnız həkim tərəfindən təyin olunmalıdır. Çünki bəzi xəstəliklər zamanı (hemofiliya, ağır anemiyalar, allergik və onkoloji xəstəliklərdə) zəli əks göstəriş sayılır.

Zəli xəstə orqanı necə hiss edib tapır?

“Zəlini buraxaq, özü xəstə yeri tapsın, belə kustar üsulla müalicə yolverilməzdir. Zəlinin xəstə orqanı hiss edib tapmasının elmi əsası yoxdur.  Düzgün prosedurda mütəxəssis zəlini müalicə olunacaq sahəyə özü yerləşdirir. Zəini buraxsan, istilik, hərəkətlilik olan yerlərə də səhvən yapışa bilər ki, bu da çox təhlükəlidir”.
 

Qeyd edək ki, dünyada zəlinin 400-ə qədər, Azərbaycan da isə 17 növü var. Hətta bütün dünyada zəlinin ən yaxşı növü olan Şərq zəlisi məhz Azərbaycandadır. Maraqlıdır ki, zəlinin ən təhlükəli növü Ermənistanda yaşayır. Bu ölkədə “At zəlisi” kimi tanınan zəli hər hansı canlıya yapışıb, qanını sorur və öldürür.


Daha bir maraqlı fakt isə zəli müalicəsinə hazırlaşanlarım işinə yaraya bilər:  xəstənin qanında alkoqol varsa və ya seansdan əvvəl siqaret çəkibsə, ümumiyyətlə çox siqaret çəkəndirsə, zəli ona yapışmır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hərbçilərin maaşı ARTIRILIR

Hərbçilərin maaşı ARTIRILIR

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

Pensiya artımları ilə bağlı ŞAD XƏBƏR

Pensiya artımları ilə bağlı ŞAD XƏBƏR

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

20 min manatlıq limit sabahdan qüvvəyə minir

20 min manatlıq limit sabahdan qüvvəyə minir

Komitə sədri: “Satınalmalar haqqında qanunvericiliyə köklü dəyişikliklər ediləcək”

Komitə sədri: “Satınalmalar haqqında qanunvericiliyə köklü dəyişikliklər ediləcək”

Özünü maşının altına atdığı iddia edilən şəxs serebral iflic xəstəsi imiş... – FOTO/VİDEO

Özünü maşının altına atdığı iddia edilən şəxs serebral iflic xəstəsi imiş... – FOTO/VİDEO

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri AÇIQLANDI - Bir müsbət, bir mənfi...

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri AÇIQLANDI - Bir müsbət, bir mənfi...

Sabahdan kreditlə bağlı YENİ QAYDALAR qüvvəyə minəcək

Sabahdan kreditlə bağlı YENİ QAYDALAR qüvvəyə minəcək

Terrorizmi maliyyələşdirən şəxslərlə bağlı cəzalar SƏRTLƏŞDİRİLİR

Terrorizmi maliyyələşdirən şəxslərlə bağlı cəzalar SƏRTLƏŞDİRİLİR

Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi – FOTO/VİDEO

Prezident Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi – FOTO/VİDEO

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Dövlət satınalmaları ilə bağlı QAYDALAR DƏYİŞİR

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO

End of content

No more pages to load

RADİO