Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirdi

Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan Bir 1000-dən çox gənci Azərbaycanın ilk tələbə-texnologiya festivalı - “Spark ’26”da bir araya gətirib.  Festivalda texnologiya, data və süni intellekt istiqamətləri üzrə təhsil alan tələbələr, magistrantlar və məzunlar iştirak ediblər.

Festival gənclərə texnologiya sahəsində baş verən dəyişiklikləri birbaşa bu istiqamətlərdə çalışan mütəxəssislərdən öyrənmək, real iş təcrübəsi ilə tanış olmaq və gələcək karyera yolları barədə daha aydın təsəvvür formalaşdırmaq imkanı verib. İştirakçılar Bir ekosisteminin fəaliyyəti və yaratdığı imkanlarla yanaşı, “Süni intellekt və datanın real biznes mühitində tətbiqi”, “Texnologiyanın gələcəyi və süni intellektin peşələrə təsiri” kimi mövzular ətrafında fikir və təcrübələrlə tanış olublar.

Festival çərçivəsində Bir ekosisteminin müxtəlif istiqamətləri üzrə rəhbər nümayəndələri – Aygün Musayeva, Maksim Evdokimov, Buğra Şen və Fariz Lətifov çıxış ediblər. Sual-cavab sessiyasında iştirakçılar onları maraqlandıran məsələləri spikerlərlə müzakirə edib, suallarına birbaşa cavab almaq imkanı qazanıblar. Festivalın interaktiv və əyləncə dolu proqramı isə gün ərzində gənclərin ünsiyyət qurmalarına, vaxtlarını maraqlı keçirmələrinə və yeni əlaqələr qurmalarına şərait yaradıb.

Layihə haqqında öz fikirlərini sosial şəbəkə hesabında paylaşan Bir ekosisteminin rəhbəri Fərid Hüseynov “Spark”ın ildən-ilə böyüyərək daha çox gəncin öz uğur hekayəsinə başladığı platformaya çevrilməsini hədəflədiyini vurğulayıb:

“Gələcəyi qurmaq sadəcə yeni texnologiya gətirmək deyil, ona ruh verən gənclər üçün doğru mühit yaratmaqdır. “Spark’26” ilk tələbə-texnologiya festivalını da məhz bu məqsədlə ərsəyə gətirdik. 1000-dən çox gəncimizin qatıldığı o coşqulu atmosferi görmək və onların öyrənmək həvəsinə şahid olmaq mənim üçün çox gözəl hiss idi. Bir daha əmin oldum ki, ölkəmizin texnoloji potensialını irəli aparacaq güclü gəncliyimiz var”.

Bir tərəfindən təşkil olunan “Spark ’26” layihəsinin davamlı olması, layihənin gələcəkdə ölkənin ənənəvi illik texnologiya hərəkatına çevrilməsi nəzərdə tutulur.

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Daha ətraflı: bir.az 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hərbçilərin maaşı ARTIRILIR

Hərbçilərin maaşı ARTIRILIR

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Yasamalda mənzil axtaranların diqqətinə: hazır və tikintidə olan evlər, yeni kredit şərtləri ilə satışda

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Saxta bank çeki ilə fırıldaqçılıq – VİDEO

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Dövlət qulluqçularının NƏZƏRİNƏ – Pensiya əlavələri yeni qaydada hesablanacaq

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

Elektron qəlyana görə bir-birinin qanını tökdülər - HÖKM OXUNDU

Pensiya artımları ilə bağlı ŞAD XƏBƏR

Pensiya artımları ilə bağlı ŞAD XƏBƏR

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

“Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddəti azaldılır

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Qonşular dörd uşaq anasının qətlindən danışdılar - VİDEO

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

Ukrayna F-16-lar üçün mərmi axtarır - Rusiyanın yeni "Shahed" dronlarını vurmaq çətinləşib

20 min manatlıq limit sabahdan qüvvəyə minir

20 min manatlıq limit sabahdan qüvvəyə minir

Komitə sədri: “Satınalmalar haqqında qanunvericiliyə köklü dəyişikliklər ediləcək”

Komitə sədri: “Satınalmalar haqqında qanunvericiliyə köklü dəyişikliklər ediləcək”

Özünü maşının altına atdığı iddia edilən şəxs serebral iflic xəstəsi imiş... – FOTO/VİDEO

Özünü maşının altına atdığı iddia edilən şəxs serebral iflic xəstəsi imiş... – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO