Xəzərlə bağlı XƏBƏRDARLIQ: "Dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər"

"50 ildən çox fəaliyyət göstərmiş və 2019-cu ildən işini dayandırmış Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun yenidən bərpa olunması təklif edilir".

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov "Bakı İqlim Fəaliyyəti Həftəsi -2026" çərçivəsində keçirilən "Daxili su hövzələrində iqlim dəyişikliyi çağırışları: Xəzər dənizi nümunəsi" adlı müzakirələr zamanı deyib.

O bildirib ki, Xəzərin gələcəyinə dair birgə fəaliyyət proqramlarının hazırlanmasına daha böyük diqqət yetirilməlidir:

"Dünyada hidrometeoroloji proseslərin kəskinləşdiyi, iqlim dəyişkənliyinin artdığı və su ehtiyatlarının azaldığı bir dövrdə Azərbaycanda Xəzərin və ümumilikdə hidrometeoroloji proseslərin elmi tədqiqi xüsusi əhəmiyyət qazanır".

Deputat əlavə edib ki, 2007-2025-ci illərdə Azərbaycanda orta çoxillik temperatur çoxillik normaya nisbətən 1.3 dərəcə artıb:

"Yalnız 2025-ci ildə artım 1.8 dərəcə təşkil edib. Son altı ildə ən yüksək temperatur 2021-ci ildə 44.2 dərəcə, 2025-ci ildə isə 42.9 dərəcə olub. Xəzərin səviyyəsinin gələcək dəyişməsi ilə bağlı elmi proqnozlar da xüsusi diqqət tələb edir.

Əgər su səviyyəsinin azalması davam edərək dəniz səviyyəsindən -30 metrə çatarsa, Azərbaycan akvatoriyasında dənizin sahildən uzaqlaşması Nabran-Şabran zonasında 4-5 kilometr, Sanqaçal-Ələt zonasında 10-12 kilometr, Lənkəran-Astara zonasında isə 2-3 kilometr təşkil edə bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazir: “15 yaşlı qızların nəticələri oğlanları üstələyib”

Nazir: “15 yaşlı qızların nəticələri oğlanları üstələyib”

Bakıda “Lamborcini” ilə taksi fəaliyyəti… - Açıqlama

Bakıda “Lamborcini” ilə taksi fəaliyyəti… - Açıqlama

Nazir: “Oxu bacarıqlarını mən deyil, müəllim dəyişə bilər”

Nazir: “Oxu bacarıqlarını mən deyil, müəllim dəyişə bilər”

İlham Əliyevdən Şimali Makedoniya Prezidentinə MƏKTUB

İlham Əliyevdən Şimali Makedoniya Prezidentinə MƏKTUB

Vətən müharibəsindən sonra 438 nəfər mina qurbanı olub - Vüqar Süleymanov

Vətən müharibəsindən sonra 438 nəfər mina qurbanı olub - Vüqar Süleymanov

Nənə-baba “dayə”yə çevrilir –Uşaq tərbiyəsində dəyişən ailə modeli

Nənə-baba “dayə”yə çevrilir –Uşaq tərbiyəsində dəyişən ailə modeli

2,9 saniyəyə 100 km/saat— Çinin yeni elektrikli "canavarı" neçəyə satılır? - VİDEO

2,9 saniyəyə 100 km/saat— Çinin yeni elektrikli "canavarı" neçəyə satılır? - VİDEO

Emin Əmrullayev: “63 ballıq artımla dünyada ikinci ən yaxşı nəticə göstərən ölkəyik”

Emin Əmrullayev: “63 ballıq artımla dünyada ikinci ən yaxşı nəticə göstərən ölkəyik”

ADNSU-da yeni "Bərpa olunan enerji" laboratoriyası açıldı - VİDEO

ADNSU-da yeni "Bərpa olunan enerji" laboratoriyası açıldı - VİDEO

Bakı bu göstəriciyə görə dünyada 29-cu YERDƏDİR

Bakı bu göstəriciyə görə dünyada 29-cu YERDƏDİR

Bakıda oyuncaq maşınla əsas yola çıxan şəxs müəyyən olundu - VİDEO

Bakıda oyuncaq maşınla əsas yola çıxan şəxs müəyyən olundu - VİDEO

Nazir: “Təhsil siyasəti ayrı-ayrı rəylərə söykənməməlidir”

Nazir: “Təhsil siyasəti ayrı-ayrı rəylərə söykənməməlidir”

Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 9 nəfər saxlanıldı

Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 9 nəfər saxlanıldı

Qapıçı iki qol vurdu, komandasını məğlubiyyətdən qurtardı – VİDEO

Qapıçı iki qol vurdu, komandasını məğlubiyyətdən qurtardı – VİDEO

“SOS” MMC-nin növbə rəisi həbs edildi - 20 min manatı qumarda uduzub

“SOS” MMC-nin növbə rəisi həbs edildi - 20 min manatı qumarda uduzub

DİM boş qalan yerlərə qəbul elan edir

DİM boş qalan yerlərə qəbul elan edir

Üç ölkə belə birləşir: region üçün mühüm həmlə

Üç ölkə belə birləşir: region üçün mühüm həmlə

Sığorta ödənişləri ilə bağlı YENİ QAYDA: Kimlərə şamil olunur?

Sığorta ödənişləri ilə bağlı YENİ QAYDA: Kimlərə şamil olunur?

Rusiya Kiyev-Sumı sərnişin qatarına hücum etdi - VİDEO

Rusiya Kiyev-Sumı sərnişin qatarına hücum etdi - VİDEO

Obyektlərin qiyməti niyə artır?

Obyektlərin qiyməti niyə artır?

Ekspert: Rusiya yaxın günlərdə yeni hücumlar həyata keçirəcək – VİDEO

Ekspert: Rusiya yaxın günlərdə yeni hücumlar həyata keçirəcək – VİDEO

Moldova vətəndaşı Həştərxanda tutuldu: Rusiya hərbçisini öldürmək istəyib? - VİDEO

Moldova vətəndaşı Həştərxanda tutuldu: Rusiya hərbçisini öldürmək istəyib? - VİDEO

Axşam yeməyində nələrdən uzaq durmaq lazımdır?— Şəkər yüksəldən 3 yemək

Axşam yeməyində nələrdən uzaq durmaq lazımdır?— Şəkər yüksəldən 3 yemək

Azərbaycan XİN Şimali Makedoniya və Andorranı təbrik etdi – FOTO

Azərbaycan XİN Şimali Makedoniya və Andorranı təbrik etdi – FOTO

End of content

No more pages to load

RADİO