Bu gün Bakı–Qazax avtomobil yolunun 30,5-ci kilometrliyində, Qaradağ rayonu Səngəçal qəsəbəsindən keçən hissəsində qəza baş verib.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, qəza nəticəsində 77QL472 nişanlı, “BYD” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol ortasında yerləşən dəmir dirəyə, daha sonra işıqlandırma dirəyinə çırpılıb.
Nəticədə avtomobil yararsız vəziyyətə düşüb.


Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu