Məşhur türkiyəli müğənni Murat Dalkılıç sevgilisi Özgü Kaya ilə necə tanış olduğundan danışıb.
Bizim.Media xəbər verir ki, Dalkılıç aktrisa Ege Kökenlinin "Youtube"da yayımlanan "Anne Biz Egelerdeyiz" verilişində qonaq olub.
"Hər şey Suadiyedəki mağazamızda başladı. Gecə ora dost kimi getdik. Söhbət edərkən "Aşiq oluram?" deyə düşünməyə başladım. O mağazaya çox mədəni şəkildə girdik, amma gecənin sonunda əl-ələ çıxdıq".
Müğənni sevgilisi ilə fərqli xarakterlərə sahib olduqlarını bildirib:
“Əslində, Özgü ilə mən ağ-qara kimiyik. Günlərimiz bir-birimizi daim təəccübləndirməklə keçir. Sanki birimiz Afrikadan, digərimiz isə Qrenlandiyadanıq. Əks qütblərdə olan iki insan...”
Bizim.Media