Məktəbə erkən başladı, sinifləri vaxtından əvvəl keçdi: 15 yaşında tələbə oldu

Ali məktəblərə qəbulun nəticələri açıqlanandan sonra minlərlə abituriyent tələbə adını qazandı. Kiminin illərlə qurduğu plan gerçəkləşdi, kimi üçün isə bu nəticə uzun hazırlığın ilk böyük bəhrəsi oldu. Amma həmin siyahıda elə bir ad da var ki, onun universitetə gedən yolu yaşıdlarından xeyli əvvəl başlayıb.

Bizim.Media xəbər verir ki, Bakı şəhəri Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseyin məzunu Gülşən Məmmədli 2010-cu il təvəllüdlüdür. Bir neçə gün sonra - sentyabrın 21-də 16 yaşı tamam olacaq. O isə artıq məktəbli deyil. Bu il 621,3 balla Naxçıvan Dövlət Universitetinin “Stomatologiya” ixtisasına qəbul olaraq tələbə adını qazanıb.
 

Gülşənin məktəb həyatı da yaşıdlarından bir qədər fərqli başlayıb. Doğum günü sentyabrın 21-i olduğu üçün o, məktəbə 6 yaşına bir neçə gün qalmış qədəm qoyub. Halbuki ondan əvvəl məktəbəhazırlığa gedirdi və elə həmin vaxt müəllimi onun savadını və bacarığını görərək məktəbəhazırlığa ehtiyac olmadığını düşünüb: “Dedi ki, artıq savadım və biliyim var, məktəbəhazırlığa ehtiyacım yoxdur, birbaşa I sinfə başlaya bilərəm”, – Gülşən həmin günləri xatırlayır.


Onun təhsildə sürətli irəliləyişi bununla da bitmir. Bir müddət sonra ailəsi eksternat imtahanları ilə bağlı məlumat əldə edir. Gülşənin babası da təhsil işçisi olduğundan bu məsələdə ona yaxından dəstək olur. Məlum olur ki, müəyyən şərtlər daxilində şagirdlər eksternat imtahanı verərək sinifləri daha tez başa vura bilərlər.

Gülşən isə bu imkandan istifadə etmək üçün əvvəlcədən hazırlaşmağa başlayır. II sinifdə artıq III sinifdə verəcəyi eksternat imtahanına hazırlaşırdı.

III sinifdə onun qarşısında bir yox, bir neçə mərhələdən keçmək dayanırdı. O, həmin il üç dəfə imtahan verib. İmtahanlar yalnız məktəb fənləri ilə məhdudlaşmayıb, psixoloji və təhsil-elmlə bağlı qiymətləndirmələri də əhatə edib. Nəticədə həmin il eksternat imtahanından cəmi iki nəfər uğur qazanıb. Onlardan biri Gülşən olub.
 

Gülşən deyir ki, özünü məktəbdə heç vaxt “hamıdan kiçik” hiss etməyib: “Belə şeylərə, yəni yaş fərqinə, əslində, çox fikir vermirdim. Savad, bilik və fiziki baxımdan bunun mənə elə bir təsiri olmadı. Əksinə, elə uşaqlar var idi ki, onlardan daha irəlidə idim. Ümumiyyətlə, yaşıdlarımdan daha tez yetişdiyimi düşünürəm”, – deyə Gülşən bildirir.


Məktəbdə vaxtını yalnız dərslərlə də məhdudlaşdırmayıb. Müxtəlif yarışlarda və sınaqlarda iştirak edib, dərsdənkənar fəaliyyətlərə də zaman ayırıb. Universitetə qəbul hazırlığı isə onun üçün daha ciddi mərhələ olub. IV ixtisas qrupu üzrə hazırlaşan Gülşən 10-11-ci siniflərdə məqsədinə çatmaq üçün əzmlə çalışıb. Bu yolda onun ən böyük dəstəkçilərindən biri isə yenə babası olub.

Məktəbdən sonra evdə də dərsləri davam etdirən Gülşən başa düşmədiyi mövzuları babası ilə müzakirə edib.

Bəlkə də bu, Gülşənin hekayəsində təsadüfi deyil. Çünki onların ailəsində təhsil və müəllimlik nəsildən-nəslə keçən bir ənənədir. Ailəsinin demək olar ki, bütün üzvləri müəllim və ya təhsil sahəsində çalışan insanlardır. Gülşənin özü isə uşaqlıqdan tamam başqa bir peşənin arzusunda olub: həkimlik.

“Uşaq vaxtı elə bilirdim ki, həkim yalnız uşaq həkimi olur. Ona görə də uşaq həkimi olmaq istəyirdim”, – deyə Gülşən gülümsəyərək uşaqlıq arzusunu xatırlayır.
 

Böyüdükcə tibbin yalnız bir ixtisasdan ibarət olmadığını öyrənib. Tibb sahəsində müxtəlif istiqamətlərin olduğunu, onların arasında stomatologiyanın da yer aldığını görüb. Zaman keçdikcə onun uşaqlıq arzusu da konkretləşib və seçim stomatologiyada dayanıb.


İndi Gülşənin qarşısında məktəb illərindən fərqli, daha böyük bir yol var. Bir neçə gün sonra 16 yaşı tamam olacaq, amma o, artıq universitet tələbəsi kimi yeni həyatına başlayacaq. (“Azərbaycan müəllimi” qəzeti)






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yasamalda hazır mənzil, ipoteka və daxili kredit: alıcıları hansı seçimlər gözləyir?

Yasamalda hazır mənzil, ipoteka və daxili kredit: alıcıları hansı seçimlər gözləyir?

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub – SİYAHI

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub – SİYAHI

Tahir Əmiraslanovun sahibsiz itlərlə bağlı paylaşımı QALMAQAL yaratdı - FOTO

Tahir Əmiraslanovun sahibsiz itlərlə bağlı paylaşımı QALMAQAL yaratdı - FOTO

Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR

Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesi BAŞLAYIR

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesi BAŞLAYIR

"Möhtəşəm yüz il"in aktyorları illər sonra bir arada - Foto

"Möhtəşəm yüz il"in aktyorları illər sonra bir arada - Foto

Ət, süd və yumurta bahalaşır - İstehsal qiymətə niyə təsir etmir?

Ət, süd və yumurta bahalaşır - İstehsal qiymətə niyə təsir etmir?

Zelenski İlon Maskı “Azadlıq Ordeni” ilə təltif etdi

Zelenski İlon Maskı “Azadlıq Ordeni” ilə təltif etdi

Dənizdə bundan tapsanız, atmayın – 68 min manat qiyməti var

Dənizdə bundan tapsanız, atmayın – 68 min manat qiyməti var

Tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq

Tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq

DİQQƏT! Biləsuvarın 6 kəndində qaz olmayacaq

DİQQƏT! Biləsuvarın 6 kəndində qaz olmayacaq

Məktəbə erkən başladı, sinifləri vaxtından əvvəl keçdi: 15 yaşında tələbə oldu

Məktəbə erkən başladı, sinifləri vaxtından əvvəl keçdi: 15 yaşında tələbə oldu

Laçında yenidən oyanan xatirələr... – FOTO/VİDEO

Laçında yenidən oyanan xatirələr... – FOTO/VİDEO

Uşağınıza heç vaxt deməməli olduğunuz 7 cümlə

Uşağınıza heç vaxt deməməli olduğunuz 7 cümlə

Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı

Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı

Şabranda AĞIR QƏZA – Ölən var – FOTO

Şabranda AĞIR QƏZA – Ölən var – FOTO

Vətəndaşların ən çox istifadə etdiyi sığorta növləri AÇIQLANDI

Vətəndaşların ən çox istifadə etdiyi sığorta növləri AÇIQLANDI

Tanınmış jurnalist Aytəkin Alxaslının yeni kitabı DƏRC OLUNDU - FOTO

Tanınmış jurnalist Aytəkin Alxaslının yeni kitabı DƏRC OLUNDU - FOTO

Üçüncü dəfə ailə həyatı qurması ilə bağlı xəbərlərə Polad Bülbüloğludan REAKSİYA

Üçüncü dəfə ailə həyatı qurması ilə bağlı xəbərlərə Polad Bülbüloğludan REAKSİYA

Leysan yağacaq, dolu düşəcək – Sabahın HAVASI

Leysan yağacaq, dolu düşəcək – Sabahın HAVASI

Qızıldan don geyindi

Qızıldan don geyindi

“iPhone 18” bu rənglərdə olacaq - (Foto)

“iPhone 18” bu rənglərdə olacaq - (Foto)

Hansı universitetə qəbul balları kəskin yüksəldi?

Hansı universitetə qəbul balları kəskin yüksəldi?

Tuna balığı və ya qızılbalıq deyil: Ən sağlam konservləşdirilmiş balıq bəlli oldu

Tuna balığı və ya qızılbalıq deyil: Ən sağlam konservləşdirilmiş balıq bəlli oldu

End of content

No more pages to load

RADİO