Bu ərazilərdən məhsul yığmaq qadağandır — 6000 manat cəriməsi var

Azərbaycanda meşə ərazilərində, yol kənarlarında və digər təbii sahələrdə yabanı meyvə, giləmeyvə, göbələk, bitki və digər təbii məhsulların toplanması adi haldır. Xüsusilə yay və payız aylarında vətəndaşların meşələrə gedərək müxtəlif məhsullar toplaması geniş yayılıb. Lakin hər kəsin təbii ərazilərdə istədiyi məhsulu istənilən qaydada toplaması mümkün deyil.

Qanunvericilik meşə sərvətlərindən istifadəyə müəyyən məhdudiyyətlər qoyur və bəzi hallarda bunun üçün xüsusi icazə və ya meşə bileti tələb olunur.

Məsələ ondadır ki, vətəndaşların şəxsi ehtiyacları üçün təbii məhsullar toplaması ilə kommersiya məqsədilə və ya xüsusi mühafizə olunan ərazilərdən qanunsuz istifadə arasında hüquqi baxımdan ciddi fərqlər var. Eyni zamanda, müəyyən ərazilərdə və bəzi məhsulların toplanması zamanı tətbiq olunan qaydaların pozulması inzibati məsuliyyətə səbəb ola bilər.

Bəs vətəndaşlar meşə və digər təbii ərazilərdən hansı məhsulları sərbəst toplaya bilər? Hansı hallarda meşə bileti və ya digər icazə tələb olunur? Qanunvericiliyə zidd olaraq yabanı meyvə, bitki, göbələk və digər təbii məhsulların toplanmasına görə vətəndaşları hansı cərimələr və digər məsuliyyət növləri gözləyir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “demokrat.az”a açıqlamasında hüquqşünas Elşad İsayev bildirib ki, Meşə Məcəlləsinin 53-cü maddəsinə əsasən, fiziki şəxslər, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, ödənişsiz olaraq şəxsi istifadələri üçün yabanı meyvə, giləmeyvə, göbələk, qərzəklilər, dərman bitkiləri və digər meşə sərvətlərini yığa bilərlər.

Onun sözlərinə görə, vətəndaşın adi meşə ərazisində şəxsi ehtiyaclarını qarşılamaq məqsədilə müəyyən təbii məhsulları toplaması öz-özlüyündə qanun pozuntusu hesab edilmir və bununla bağlı ümumi qadağa yoxdur:

“Meşə bileti məsələsi isə xüsusilə o zaman yaranır ki, həmin meşə sahəsində müəyyən məhsulların toplanması ümumiyyətlə qadağan edilib və ya onların yığılmasına yalnız meşə bileti əsasında icazə verilir. Bundan əlavə, fəaliyyət şəxsi istifadə həddini aşaraq tədarük və ya sahibkarlıq məqsədi daşıyırsa, bu zaman da müvafiq hüquqi tələblərə əməl olunması zəruridir. Xüsusi rejimli meşələrdə və xüsusi mühafizə olunan ərazilərdə isə daha sərt qaydalar tətbiq oluna bilər.

Hazırkı İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinə əsasən, meşə fondu sahəsində bu məhsulların yığılmasının qadağan edildiyi ərazidə və ya yalnız meşə bileti ilə yığılmasına icazə verilən sahədə meşə bileti olmadan və özbaşına toplama inzibati məsuliyyət yaradır. Belə hallarda fiziki şəxslər 400–600 manat, vəzifəli şəxslər 2 000–2 500 manat, hüquqi şəxslər isə 5 000–6 500 manat məbləğində cərimə edilə bilərlər.

Yəni burada əsas məsələ vətəndaşın meşədən yabanı meyvə, giləmeyvə və ya göbələk toplamasının özü deyil. Əsas məsələ həmin məhsulların harada, hansı məqsədlə və hansı qaydada toplanmasıdır.

Adi meşə sahəsində şəxsi istifadə üçün bu cür məhsulların toplanması qanunvericiliklə müəyyən edilmiş şərtlər daxilində mümkündür. Lakin toplama qadağan edilmiş ərazidə və ya meşə bileti tələb olunan sahədə icazəsiz məhsul yığılması artıq qanun pozuntusu hesab olunur.

Bununla yanaşı, “Qırmızı Kitab”a daxil edilmiş nadir və nəsli kəsilmək təhlükəsi olan bitkilərin toplanmasına xüsusi diqqət yetirilməlidir. Belə bitkilərin təbiətdən götürülməsi və toplanması ümumi qaydada sərbəst fəaliyyət hesab edilmir və qanunvericiliklə qorunur. Vətəndaşlar meşədə və ya digər təbii ərazilərdə rast gəldikləri nadir bitkiləri tanımadan toplamaqdan çəkinməlidirlər. Çünki bitkinin yabanı olması onun istənilən şəxs tərəfindən sərbəst şəkildə götürülə biləcəyi anlamına gəlmir.

Bu baxımdan, təbii ərazilərdə məhsul toplayan şəxslər əvvəlcə həmin ərazinin hüquqi statusuna, toplamaq istədikləri məhsulun növünə və onunla bağlı xüsusi məhdudiyyətlərin olub-olmamasına diqqət etməlidirlər. Xüsusilə “Qırmızı Kitab”a daxil olan bitkilərin qorunması yalnız təbiətin mühafizəsi baxımından deyil, həm də qanunvericiliyin tələblərinə əməl olunması baxımından vacibdir”, - deyə hüquqşünas fikrini tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sənədsiz və möhürsüz ətlərin satışı qanunsuzdur – AQTA-dan XƏBƏRDARLIQ

Sənədsiz və möhürsüz ətlərin satışı qanunsuzdur – AQTA-dan XƏBƏRDARLIQ

Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Mariya Zaxarova: “İki ölkənin birləşməsinə hazırlıq gedir”

Mariya Zaxarova: “İki ölkənin birləşməsinə hazırlıq gedir”

“Green Card” uddu, Yeni Klinikadakı rəhbər vəzifəsindən getdi – AÇIQLAMA

“Green Card” uddu, Yeni Klinikadakı rəhbər vəzifəsindən getdi – AÇIQLAMA

Bir ay sonra ana olmağa hazırlaşırdı – Qandonduran cinayətin TƏFƏRRÜATI – FOTO

Bir ay sonra ana olmağa hazırlaşırdı – Qandonduran cinayətin TƏFƏRRÜATI – FOTO

İxtisas seçiminin builki mənzərəsi: “Bəzilərinin tək məqsədi Bakıda oxumaqdır”

İxtisas seçiminin builki mənzərəsi: “Bəzilərinin tək məqsədi Bakıda oxumaqdır”

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Zelenski "Maşa və Ayı"nın yaradıcılarına qarşı sanksiyalar tətbiq etdi

Zelenski "Maşa və Ayı"nın yaradıcılarına qarşı sanksiyalar tətbiq etdi

İmran Xan həbsxanadan xəstəxanaya KÖÇÜRÜLDÜ

İmran Xan həbsxanadan xəstəxanaya KÖÇÜRÜLDÜ

Bakıda beynəlxalq konfrans KEÇİRİLİR

Bakıda beynəlxalq konfrans KEÇİRİLİR

ABŞ Avropanı necə geridə qoydu? – 18 ildə dəyişən iqtisadi GÜC XƏRİTƏSİ

ABŞ Avropanı necə geridə qoydu? – 18 ildə dəyişən iqtisadi GÜC XƏRİTƏSİ

Tramp: “İrana hücum etməkdən başqa seçimimiz yox idi” – VİDEO

Tramp: “İrana hücum etməkdən başqa seçimimiz yox idi” – VİDEO

Telefonlarımız bizi dinləyir?

Telefonlarımız bizi dinləyir?

Fərid Rzazadə dünya çempionu oldu – FOTO

Fərid Rzazadə dünya çempionu oldu – FOTO

ABŞ-da təyyarə polis helikopteri ilə toqquşdu – ANBAAN VİDEO

ABŞ-da təyyarə polis helikopteri ilə toqquşdu – ANBAAN VİDEO

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Moskvaya 1000 dronla hücum planı: Son anda...

Moskvaya 1000 dronla hücum planı: Son anda...

Çimərlikdə DƏHŞƏT – Qardaş və bacıların meyiti tapıldı – VİDEO

Çimərlikdə DƏHŞƏT – Qardaş və bacıların meyiti tapıldı – VİDEO

Bu şəhərdə velosiped sürmək qadağan edildi

Bu şəhərdə velosiped sürmək qadağan edildi

Banklar şəxsi məlumatlarımızı haradan və necə əldə edir? – VİDEO

Banklar şəxsi məlumatlarımızı haradan və necə əldə edir? – VİDEO

ABŞ-dan SƏRT XƏBƏRDARLIQ – “İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküş gözləyir"

ABŞ-dan SƏRT XƏBƏRDARLIQ – “İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküş gözləyir"

Bu ərazilərdən məhsul yığmaq qadağandır — 6000 manat cəriməsi var

Bu ərazilərdən məhsul yığmaq qadağandır — 6000 manat cəriməsi var

Maşında bunu saxlayırsınızsa, dərhal çıxarın! - TƏCİLİ XƏBƏRDARLIQ

Maşında bunu saxlayırsınızsa, dərhal çıxarın! - TƏCİLİ XƏBƏRDARLIQ

Qurban Qurbanovdan qələbə şərhi

Qurban Qurbanovdan qələbə şərhi

End of content

No more pages to load

RADİO