Rəqəmsal maliyyə xidmətləri həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bank tətbiqlərində gördüyümüz fərdi təkliflər, kredit imkanları, kart limitləri və digər xidmətlər təsadüfi müəyyən edilmir. Banklar müştərinin maliyyə vəziyyəti və ehtiyaclarını nəzərə alaraq daha uyğun xidmət təqdim etmək üçün müəyyən məlumatlardan istifadə edirlər.
Bəs banklar bu məlumatları haradan əldə edir? Bankların müştəri məlumatlarını toplamaq və emal etmək üçün hüquqi əsasları varmı? Vətəndaş öz məlumatlarının istifadəsini məhdudlaşdıra bilərmi?
Bu və digər sualların cavabı Bizim.Media-nın hazırladığı videosüjetdə:
Şəfiqə Şəfa, İntiqam İbrahimli, Bizim.Media