“Səbail” və “Sakaryaspor” arasında keçirilən yoxlama görüşündə futbolçular arasında dava düşüb.
Bizim.Media xəbər verir ki, insident oyunun ikinci hissəsində yaşanıb.
Top uğrunda mübarizədən sonra “Səbail”in müdafiəçisi Kənan Quliyev rəqib futbolçunun boğazından yapışıb. Digər futbolçuların da araya girməsindən sonra kütləvi dava yaranıb.
Qeyd edək ki, matç 1:1 hesabı ilə başa çatıb.
Bizim.Media