Cəlilabadda karantin qaydalarını pozan kafe aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində şəhər sakini H. Rzayevin özünəməxsus “Okean” kafesində 10 nəfərin iştirakı ilə qumarxana təşkil etməsi müəyyən edilib.
H. Rzayev saxlanılıb, digər şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci, 333-cü və 525-ci maddələri ilə inzibati protokollar tərtib edilib.
Bizim.Media