“Hökumət üzvlərimizi hər zaman dinləyirəm. O qədər gözəl danışırlar ki, deyirəm bəlkə Yaponiyada yaşayıram?! Aylarla ət üzünə həsrət qalan, palçığa batan adamla yaşayasan ki, gərək onları başa düşəsən. Görünür, belə olmasa bunu başa da düşə bilməyəcəyik”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bügünkü iclasında deputat Razi Nurullayev deyib.
Millət vəkili iclasda uşaqpulu məsələsinə toxunub.
Milli Məclisin sədri Sahibə Qafarova isə deputata cavab olaraq bildirib ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iclasda iştirak edir:
“Hesab edirəm ki, uşaqpulu ilə bağlı sualınıza cavab tapacaqsınız”, - deyə spiker söyləyib.
Bizim.Media