“Hesab edirəm ki, biz icbari tibbi sığortaya keçdiyimiz üçün səhiyyə müəssisələri özəlləşdirilməyə çıxarılmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Onun sözlərinə görə, TƏBİB insanların nifrətini qazanıb: "TƏBİB də özünü doğrultmayıb, bu qurum ləğv edilməli, Səhiyyə Nazirliyinin səlahiyyəti özünə qaytarılmalıdır. İri dövlət şirkətlərinin isə 51 faizi dövlətdə saxlanılmaqla, 49 faizi özəlləşdirməyə çıxarılmalıdır".
Bizim.Media