Ağstafanın sabiq icra başçısının məhkəməsi başlayır

Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarovun barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bizim.Media xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Məhəmməd Bağırovun icraatına verilib.

Qeyd edək ki, DTX-nın yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb.

Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.

Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Artıq bəylə gəlin "Vağzalı" istəmir"

"Artıq bəylə gəlin "Vağzalı" istəmir"

Qurban Qurbanov: “Neftçi“ ilə oyunlar həmişə maraqlı və baxımlı keçir

Qurban Qurbanov: “Neftçi“ ilə oyunlar həmişə maraqlı və baxımlı keçir

Güləşçilərimiz Avropa çempionatını 13 medalla başa vurdular

Güləşçilərimiz Avropa çempionatını 13 medalla başa vurdular

Azərbaycan Basketbol Liqası: Finalda “Sabah” və “Abşeron Lions” qarşılaşacaq

Azərbaycan Basketbol Liqası: Finalda “Sabah” və “Abşeron Lions” qarşılaşacaq

Millimizin üzvü Qazaxıstan klubu ilə anlaşdı

Millimizin üzvü Qazaxıstan klubu ilə anlaşdı

İngiltərə Kuboku: “Mançester Siti”nin finaldakı rəqibi “Çelsi” oldu

İngiltərə Kuboku: “Mançester Siti”nin finaldakı rəqibi “Çelsi” oldu

Yevlaxda qonşu qonşunu bıçaqladı - ÖZƏL

Yevlaxda qonşu qonşunu bıçaqladı - ÖZƏL

Ağızda əriyən yumşaq ət qovurmasının sirri — Sadə üsullar açıqlanıb

Ağızda əriyən yumşaq ət qovurmasının sirri — Sadə üsullar açıqlanıb

Mahmud Abbas tərəfdarları Fələstin muxtariyyətində yerli seçkilərdə qalib gəldilər

Mahmud Abbas tərəfdarları Fələstin muxtariyyətində yerli seçkilərdə qalib gəldilər

“Neftçi”nin məşqçisi: “Bu hesabla bağlı azarkeşlərdən üzr istəyirəm”

“Neftçi”nin məşqçisi: “Bu hesabla bağlı azarkeşlərdən üzr istəyirəm”

Tramp İrana yenidən xəbərdarlıq etdi: “Təxminən üç günləri qalıb”

Tramp İrana yenidən xəbərdarlıq etdi: “Təxminən üç günləri qalıb”

İranda ölənlərin 45 faizi mülki şəxslərdir

İranda ölənlərin 45 faizi mülki şəxslərdir

İtaliyada Ukrayna bayrağına görə dava düşdü - VİDEO

İtaliyada Ukrayna bayrağına görə dava düşdü - VİDEO

“Qalatasaray” derbidə “Fənərbağça”ya böyük hesabla qalib gəldi - VİDEO

“Qalatasaray” derbidə “Fənərbağça”ya böyük hesabla qalib gəldi - VİDEO

39 yaşlı Şəki sakinini “tok” vurdu

39 yaşlı Şəki sakinini “tok” vurdu

Ərdoğan Trampa zəng etdi - Yaralanan təhlükəsizlik əməkdaşına şəfa arzuladı

Ərdoğan Trampa zəng etdi - Yaralanan təhlükəsizlik əməkdaşına şəfa arzuladı

Dünyanın ən gözəl xanımlarına sahib ölkələr - SİYAHI

Dünyanın ən gözəl xanımlarına sahib ölkələr - SİYAHI

Bakıda məktəbli qəfil vəfat edib

Bakıda məktəbli qəfil vəfat edib

Bakıda 9-cu siniflərin buraxılış imtahanında İNSİDENT

Bakıda 9-cu siniflərin buraxılış imtahanında İNSİDENT

Goranboyda yeniyetməni “tok” vuraraq öldürdü

Goranboyda yeniyetməni “tok” vuraraq öldürdü

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda iki mükafata layiq görüldü - FOTO

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda iki mükafata layiq görüldü - FOTO

Formada qalmasının əsas səbəblərindən biri bu qidadan uzaq durması imiş - Aşbazı açıqladı

Formada qalmasının əsas səbəblərindən biri bu qidadan uzaq durması imiş - Aşbazı açıqladı

Maaş artımları ilə bağlı mühüm açıqlama

Maaş artımları ilə bağlı mühüm açıqlama

55 yaşdan yuxarı olan şəxslərin NƏZƏRİNƏ

55 yaşdan yuxarı olan şəxslərin NƏZƏRİNƏ

End of content

No more pages to load

RADİO