Şəmkirdə iki yük avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) fakt təsdiqlənib.
"Hadisə avqustun 5-də saat 02:30-da Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonunun Sabirkənd kəndi ərazisindən keçən 419-cu kilometrliyində baş verib. Belə ki, sürücü, Kəlbəcər rayonunun Abdullahuşağı kəndində qeydiyyatda olan, 1964-cü il təvəllüdlü Salman Feyzi oğlu Verdiyevin idarə etdiyi DAF markalı 77-XR-439 dövlət qeydiyyat nişanlı yük avtomobili Balakən rayon Hənifə kəndində yaşayan, 1990-cı il təvəllüdlü Nurlan İbrahim oğlu Bayramovun idarə etdiyi "KamAZ" markalı, 10-NT-186 dövlət qeydiyyat nişanlı yük maşınına arxadan çırpılıb. Nəticədə DAF-ın sürücüsü xəsarət alıb və ambulator qaydada Şəmkir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib",- deyə məlumatda bildirilir. (Oxu.az)
Bizim.Media