Xəzərə bu canlıların hücumu başlayıb? – Görüntülər narahatlıq yaratdı / FOTO

Sosial şəbəkələrdə Xəzər dənizində ilanların çoxalması ilə bağlı görüntülər və məlumatlar yayılıb. Əksər istifadəçilər kadrlardakı ilanların su ilanları olduğunu bildirsələr də, paylaşımlarda onları gürzə və başqa zəhərli sürünənlər adlandırırlar. Hətta qeyd olunur ki, əvvəllər dənizdə yalnız su ilanlarına rast gəlinirdisə, indi gürzələr də görünməyə başlayıb.

Bu iddialar nə dərəcədə doğrudur? Onlar hansı səbəblərlə əlaqədar ola bilər? Aidiyyəti dövlət qurumlarının məsələyə müdaxiləsinə ehtiyac varmı?

Bizim.Media xəbər verir ki, Globalinfo.az-a danışan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Canlı Sistemlərin Tədqiqi İnstitutu Publik Hüquqi Şəxsinin laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov bildirib ki, Xəzər dənizində və Xəzər dənizi sahilində, xüsusilə çimərliklərə bitişik bəzi ərazilərdə ilanlara rast gəlinməsi mümkündür:

“Burada əsasən iki fərqli vəziyyəti bir-birindən ayırmaq lazımdır. Birincisi, Xəzərin qayalıq sahillərində və suya yaxın ərazilərdə yaşayan su ilanlarıdır. Onlar həmin qayalıqlarda məskunlaşır və əsasən balıqlar, balıq körpələri ilə qidalanırlar. Adətən yaşadıqları qayalıq ərazilərdən uzaqlaşmırlar. Lakin çimərlik mövsümündə insanların çoxalması, səs-küy və digər narahatedici amillər onların sığındıqları yerlərdən çıxmasına səbəb ola bilər. Belə hallarda su ilanlarının dənizdə, hətta insanların olduğu ərazilərə yaxın sularda görünməsi mümkündür. Su ilanları zəhərsizdir və insanlar üçün ciddi təhlükə yaratmırlar”.



Təvəkkül İskəndərov

Mütəxəssis deyib ki, ikinci qrup isə çimərliklərə bitişik quru ərazilərdə yaşayan ilanlardır:


“Daşlı, kolluq, isti və quru, insanların giriş-çıxışının az olduğu sahələrdə, o cümlədən Xəzərin sahilindəki bəzi ərazilərdə gürzələrə və digər ilan növlərinə rast gəlmək mümkündür. Onlar əsasən belə ərazilərdə sığınaraq yaşayırlar və dənizlə heç bir əlaqələri yoxdur. Lakin çimərlik mövsümündə insanların həmin ərazilərə daxil olması, səs-küy və narahatlıq amili ilanların gizləndikləri yerlərdən çıxmasına və sahilə yaxın ərazilərdə görünməsinə səbəb ola bilər. Buna görə də çimərliklərə bitişik, daşlı, kolluq və insan giriş-çıxışının az olduğu ərazilərdə ehtiyatlı olmaq lazımdır”.

T.İsgəndərov qeyd edib ki, sosial şəbəkələrdə bəzən Xəzərin içərisində müxtəlif ilanların, o cümlədən gürzələrin görüldüyü barədə məlumatlar yayılır:

“Burada məsələyə düzgün yanaşmaq vacibdir. Gürzənin dənizin içərisində yaşaması və dəniz ilanı olması uyğun deyil. Dənizdə və suyun içərisində görülən ilanlar, xüsusilə qayalıq sahələrdən açıq suya çıxanlar, böyük ehtimalla su ilanları ola bilər. Yəni Xəzərin içərisində gürzələrin məskunlaşması barədə yayılan məlumatlarla su ilanlarının dənizdə görünməsini eyniləşdirmək düzgün deyil. Su ilanlarının insanlarla eyni su ərazisində görünməsi isə onların yaşayış yerlərində yaranan narahatlıqla əlaqəli ola bilər”.


 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

End of content

No more pages to load

RADİO