Bu tarixdən havalar dəyişir - İstilər bitir

Azərbaycanda müşahidə olunan isti hava şəraitinin nə vaxt dəyişəcəyi ilə bağlı suallar davam edir.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Ajans.az-a danışan AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev xalq arasında "yayın yarısı" kimi tanınan dövrə yaxınlaşıldığını bildirib.

Onun sözlərinə görə, ayın 5-6-sı, 6-7-si arası yayın yarısı hesab olunur. El arasında buna "quyruq dondu" deyirlər. Bundan sonra gecələr sərinləşir, şeh düşür. Gecələr sərin olanda insanlar rahat yatır, gündüz də özlərini daha gümrah hiss edirlər.

Mütəxəssis hesab edir ki, hazırkı kəskin istilər uzun çəkməyəcək:

"Mənə elə gəlir ki, bir neçə gündən sonra artıq hava tədricən düzələcək. Yayın yarısından sonra yavaş-yavaş payıza doğru gedirik. Kəskin istilər azalacaq."

Ənvər Əliyev son illər geniş müzakirə olunan iqlim dəyişikliyi məsələsinə də münasibət bildirib. Onun fikrincə, hazırda müşahidə olunan hava hadisələri iqlim dəyişikliyindən deyil, əvvəllər də baş vermiş təbii təkrarlanmalardan qaynaqlanır:

"İqlim dəyişikliyi adlandırılan məsələ ilə razı deyiləm. Belə yağıntılar, daşqınlar əvvəllər də olub. Yaşlı insanlar 1957-ci, 1964-cü illərdə də oxşar hadisələrin baş verdiyini xatırlayırlar. Bunlar təkrarlanan təbiət hadisələridir."

Sonda Ə.Əliyev vətəndaşlara narahat olmamağı tövsiyə edib:

"Mənə elə gəlir ki, yavaş-yavaş artıq sərinliyə doğru gedirik. Hər şey yaxşı olacaq, narahat olmağa dəyməz."

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DİQQƏT! Bağçalara növbəyə yazılma dayandırıldı

DİQQƏT! Bağçalara növbəyə yazılma dayandırıldı

“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı

“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı

Azərbaycan nefti yenə KƏSKİN UCUZLAŞDI

Azərbaycan nefti yenə KƏSKİN UCUZLAŞDI

Bakı-Qazax yolunda yük maşını AŞDI - VİDEO

Bakı-Qazax yolunda yük maşını AŞDI - VİDEO

Deputatın qardaşı vəfat etdi

Deputatın qardaşı vəfat etdi

Kiyevə gecə atılan heç bir ballistik raket vurulmayıb – FOTO

Kiyevə gecə atılan heç bir ballistik raket vurulmayıb – FOTO

135 saylı marşrut yeniləndi: Yararsız yola görə son dayanacağa gedə bilmir – VİDEO

135 saylı marşrut yeniləndi: Yararsız yola görə son dayanacağa gedə bilmir – VİDEO

Zaqatalanın bəzi kəndlərinə ağır texnikalar cəlb olundu - SƏBƏB - FOTO

Zaqatalanın bəzi kəndlərinə ağır texnikalar cəlb olundu - SƏBƏB - FOTO

Vaşinqton Braziliya səfirinin vizasını ləğv etdi - FOTO

Vaşinqton Braziliya səfirinin vizasını ləğv etdi - FOTO

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Qayınatasını yumruqla vuraraq öldürən şəxsə HÖKM OXUNDU

Qayınatasını yumruqla vuraraq öldürən şəxsə HÖKM OXUNDU

Abituriyent evindən çıxmadan qəbul imtahanı verəcək – Gələn ildən mümkündürmü?

Abituriyent evindən çıxmadan qəbul imtahanı verəcək – Gələn ildən mümkündürmü?

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Şəmkirdə sement daşıyan yük maşını betona çırpıldı - Xəsarət alan var – FOTO

Şəmkirdə sement daşıyan yük maşını betona çırpıldı - Xəsarət alan var – FOTO

Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Türkiyənin ilk qadın generalı oldu

Türkiyənin ilk qadın generalı oldu

38 yaşlı kişi sevgilisinin evinə gəldi, qızına təcavüz etdi - Cinayətin TƏFƏRRÜATI

38 yaşlı kişi sevgilisinin evinə gəldi, qızına təcavüz etdi - Cinayətin TƏFƏRRÜATI

Ukraynaya ən çox silah göndərən ölkələr - SİYAHI

Ukraynaya ən çox silah göndərən ölkələr - SİYAHI

Bu tarixdən havalar dəyişir - İstilər bitir

Bu tarixdən havalar dəyişir - İstilər bitir

Avqust ayında pulu bitməyəcək bürclər

Avqust ayında pulu bitməyəcək bürclər

Peyvəndi yoxdur, xüsusi müalicəsi də: Burbon virusu ilə bağlı ciddi XƏBƏRDARLIQ

Peyvəndi yoxdur, xüsusi müalicəsi də: Burbon virusu ilə bağlı ciddi XƏBƏRDARLIQ

"Avroviziya" təmsilçilərimiz bir arada

"Avroviziya" təmsilçilərimiz bir arada

“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm” deyərək 26 minlik dələduzluq etdi

“Övladlarınızı Tibb Universitetinə qəbul etdirəcəyəm” deyərək 26 minlik dələduzluq etdi

Ukrayna dronları Tula vilayətində Wildberries-in iri anbarını vurdu – FOTO-VİDEO

Ukrayna dronları Tula vilayətində Wildberries-in iri anbarını vurdu – FOTO-VİDEO

End of content

No more pages to load

RADİO