Tovuzda yol-nəqliyyat hadisəsi ağır xəsarətlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində baş verib.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada, 1962-ci il təvəllüdlü Gülxanım İsmayılovanı vurub.
Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanalardan birinə yerləşdirilib. İlkin məlumata görə, 64 yaşlı qadının vəziyyəti ağırdır. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu