Qəbuldan voleybol meydançasına: DGK sədrinin Qusar səfərindən təfərrüatlar - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, avqustun 4-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov Qusar şəhərində - Qusar, Quba, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları qəbul edib.
 

Qəbuldan əvvəl Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Qusar şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər.


Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Qusar, Quba, Xaçmaz və Şabran rayonlarının sakinlərinin müraciətləri dinlənilib.

Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Qəbuldan sonra Dövlət Gömrük Komitəsinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Qusar Olimpiya İdman Kompleksində olublar.
 

Əvvəlcə Kompleksin həyətində təşkil olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Daha sonra Kompleksdə “Qusar” voleybol komandasının məşqçiləri və komanda üzvləri ilə görüş keçirilib. “Qusar” voleybol komandası adından icra hakimiyyətinin başçısı Sahir Məmmədxanova xatirə hədiyyəsi təqdim olunub.


Rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov qeyd edib ki, rayonda idmana, o cümlədən voleybol idman növünə maraq ildən-ilə artır.

“Digər idman növləri ilə yanaşı voleybol da gənclərimiz arasında geniş yayılıb. Bu gün gənclərdən ibarət Azərbaycan milli yığmasının heyətində 4 nəfər qusarlı idmançı ölkəmizi təmsil edir. Hazırda Qusarda 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilir. Belə əlamətdar tədbirlərə ev sahibliyi etmək, ölkənin müxtəlif bölgələrindən gələn qonaqları rayonumuzda görmək bizim üçün çox sevindiricidir.

İdmanın bölgələrdə inkişafı cənab Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir. Rayon İcra Hakimiyyəti olaraq idmanın inkişafını daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə dəstəyimizi əsirgəmirik”,- deyə rayon rəhbəri vurğulayıb.

Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov çıxışında Qusarda voleybol idman növünə marağın yüksək olduğunu qeyd edib.

“Voleybol təkcə idman növü deyil, həm də gənclərin fiziki sağlamlığının möhkəmlənməsi, komanda şəklində işləmək və ünsiyyət qurmaq bacarığının formalaşması üçün önəmli sahədir. Biz xoşbəxtik ki, digər sahələr kimi idman sahəsinin də inkişaf etdiyi bir ölkədə yaşayırıq.
 

İdmançılarımız ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edirlər. Bu işdə məşqçilərin üzərinə də böyük məsuliyyət düşür. Onlar gəncləri peşəkar idmançı kimi yetişdirməlidirlər.


Sevindirici haldır ki, bu gün rayonun müxtəlif yaşayış məntəqələrində də idmana maraq yüksəkdir. Bunun bariz nümunəsi kimi Qusarın Urva kənd voleybol komandasının adını çəkə bilərəm. Bu komanda müxtəlif yarışlarda qazandığı uğurlu nəticələri ilə seçilir”, - deyə Şahin Bağırov vurğulayıb.

Sonda gənc voleybolçuların yoldaşlıq görüşü izlənilib.






















Aytəkin Alxaslı, Bizim.Media, Şimal Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

End of content

No more pages to load

RADİO