''Maska alarkən diqqət edin!'' - Dövlət Xidmətinin xəbərdarlığı

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılara müraciət edib.

Bizim.Media-ya xidmətdən verilən xəbərə görə, koronavirus pandemiyasına qarşı mübarizədə qoruyucu maskaların düzgün seçilməsi vacibdir.

Standartların tələblərinə görə, birdəfəlik tibbi maskalar, burun və ağız boşluğunu əhatə edən və yoluxucu xəstəliklərin birbaşa ötürülməsi riskini minimuma endirmək üçün maneə yaradan vasitə olmalıdır.

Qoruyucu maskaların tibbi və respirator növləri mövcuddur. Pandemiya dövründə əhali tərəfindən daha çox tibbi maskalardan istifadə olunur:

"İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən 2020-ci ildə Avropa standartları əsasında tibbi maskalara dair əsas tələbləri müəyyən edən iki dövlət standartı (AZS 884:2020 (EN 14683:2014) və AZS 885:2020 (149:2001+А1:2009)) qəbul edilib.

Ölkədə satışa çıxarılan (yerli istehsal və idxal olunan) bütün növ maskalar bu standartların tələblərinə uyğun olmalıdır.

Bu məqsədlə məhsulun standartların tələblərinə uyğunluğuna akkreditasiya olunmuş qurumlar tərəfindən zəmanət verilir və istehlak bazarına təhlükəsizlik normalarına cavab verən mallar buraxılır.

Standartların tələblərinə görə tibbi maskaların əsas xususiyyətləri onun bakterial filtrasiya effektivliyi, maskanın hava keçiriciliyi və mikrobioloji təmizliyidir. Maska istifadəçinin burun, ağız və çənəsinə eləcə də üzün yan tərəflərinə sıx oturmasını təmin edən qoruyucu vasitələrə malik olmalı, istifadə zamanı filtr təbəqəsi ayrılmamalı, dağılmamalı, ilməsi qırılmamalıdır.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılara tövsiyə edir ki, qoruyucu maskalar alarkən satıcıdan onun mənşəyi barədə məlumatları və təhlükəsizliyini təsdiq edən müvafiq sertifikatlarını tələb etsinlər. İstehlakçılar mənşəyi məlum olmayan, sertifikatlaşdırılmayan qoruyucu maskaların satışı ilə qarşılaşdıqda Dövlət Xidmətə müraciət edə bilərlər".

Qurumdan bildirilib ki, hazırda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bu istiqamətdə aparılan monitorinqlər və nəzarət tədbirləri gücləndirilib:

"Standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən qoruyucu maskaların dövriyyəsi ilə məşğul olan sahibkarlıq subyektləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

İnzibati Xətalar Məcəlləsinə əsasən bu tələblərə cavab verməyən malların satışını həyata keçirən vəzifəli şəxslərə qarşı 1500 manatdan 2000 manatadək, hüquqi şəxslərə isə 4000 manatdan 6000 manatadək cərimə tətbiq olunur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Güləşçilərimiz Avropa çempionatını 13 medalla başa vurdular

Güləşçilərimiz Avropa çempionatını 13 medalla başa vurdular

Azərbaycan Basketbol Liqası: Finalda “Sabah” və “Abşeron Lions” qarşılaşacaq

Azərbaycan Basketbol Liqası: Finalda “Sabah” və “Abşeron Lions” qarşılaşacaq

Millimizin üzvü Qazaxıstan klubu ilə anlaşdı

Millimizin üzvü Qazaxıstan klubu ilə anlaşdı

İngiltərə Kuboku: “Mançester Siti”nin finaldakı rəqibi “Çelsi” oldu

İngiltərə Kuboku: “Mançester Siti”nin finaldakı rəqibi “Çelsi” oldu

Yevlaxda qonşu qonşunu bıçaqladı - ÖZƏL

Yevlaxda qonşu qonşunu bıçaqladı - ÖZƏL

Ağızda əriyən yumşaq ət qovurmasının sirri — Sadə üsullar açıqlanıb

Ağızda əriyən yumşaq ət qovurmasının sirri — Sadə üsullar açıqlanıb

Mahmud Abbas tərəfdarları Fələstin muxtariyyətində yerli seçkilərdə qalib gəldilər

Mahmud Abbas tərəfdarları Fələstin muxtariyyətində yerli seçkilərdə qalib gəldilər

“Neftçi”nin məşqçisi: “Bu hesabla bağlı azarkeşlərdən üzr istəyirəm”

“Neftçi”nin məşqçisi: “Bu hesabla bağlı azarkeşlərdən üzr istəyirəm”

Tramp İrana yenidən xəbərdarlıq etdi: “Təxminən üç günləri qalıb”

Tramp İrana yenidən xəbərdarlıq etdi: “Təxminən üç günləri qalıb”

İranda ölənlərin 45 faizi mülki şəxslərdir

İranda ölənlərin 45 faizi mülki şəxslərdir

İtaliyada Ukrayna bayrağına görə dava düşdü - VİDEO

İtaliyada Ukrayna bayrağına görə dava düşdü - VİDEO

“Qalatasaray” derbidə “Fənərbağça”ya böyük hesabla qalib gəldi - VİDEO

“Qalatasaray” derbidə “Fənərbağça”ya böyük hesabla qalib gəldi - VİDEO

39 yaşlı Şəki sakinini “tok” vurdu

39 yaşlı Şəki sakinini “tok” vurdu

Ərdoğan Trampa zəng etdi - Yaralanan təhlükəsizlik əməkdaşına şəfa arzuladı

Ərdoğan Trampa zəng etdi - Yaralanan təhlükəsizlik əməkdaşına şəfa arzuladı

Dünyanın ən gözəl xanımlarına sahib ölkələr - SİYAHI

Dünyanın ən gözəl xanımlarına sahib ölkələr - SİYAHI

Bakıda məktəbli qəfil vəfat edib

Bakıda məktəbli qəfil vəfat edib

Bakıda 9-cu siniflərin buraxılış imtahanında İNSİDENT

Bakıda 9-cu siniflərin buraxılış imtahanında İNSİDENT

Goranboyda yeniyetməni “tok” vuraraq öldürdü

Goranboyda yeniyetməni “tok” vuraraq öldürdü

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda iki mükafata layiq görüldü - FOTO

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda iki mükafata layiq görüldü - FOTO

Formada qalmasının əsas səbəblərindən biri bu qidadan uzaq durması imiş - Aşbazı açıqladı

Formada qalmasının əsas səbəblərindən biri bu qidadan uzaq durması imiş - Aşbazı açıqladı

Maaş artımları ilə bağlı mühüm açıqlama

Maaş artımları ilə bağlı mühüm açıqlama

55 yaşdan yuxarı olan şəxslərin NƏZƏRİNƏ

55 yaşdan yuxarı olan şəxslərin NƏZƏRİNƏ

Tokioda məmurlara işə şortda gəlməyə icazə verildi

Tokioda məmurlara işə şortda gəlməyə icazə verildi

İran səfiri Əraqçinin Moskvada Putinlə görüşəcəyini açıqladı

İran səfiri Əraqçinin Moskvada Putinlə görüşəcəyini açıqladı

End of content

No more pages to load

RADİO