Dostunun ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU

Lənkəran Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rövşən Namazəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, Rövşən Namazəliyev sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan avtomobil idarə edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Nəticədə avtomobil yoldan çıxaraq aşıb, bir nəfər hadisə yerində ölüb, özü isə ağır bədən xəsarətləri alıb.

Belə ki, təqsirləndirilən şəxs 2025-ci ilin dekabrın 6-sı axşam saatlarında faktiki istifadəsində olan "Mercedes-Benz E230" markalı avtomobillə Yuxarı Qarabağ kanalı-Daşburun avtomobil yolunun Beyləqan rayonu Birinci Aşıqlı kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən çıxaraq aşıb.
 

Qəza zamanı maşının arxa oturacağında əyləşən sərnişin - Nizami Məmmədov çoxsaylı qabırğa sınıqları, ağciyərlərin cırılması, ikitərəfli hemotoraks, bədənin müxtəlif nahiyələrinin zədələnməsi və digər ağır xəsarətlər alıb. Ön sərnişin oturacağında olan Hafiz Məmmədov isə baş beyninin ağır əzilməsi, kəllə sümüklərinin sınıqları, diffuz aksonal zədələnmə, çoxsaylı qabırğa sınıqları və digər həyati təhlükəli travmalar alıb.


Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, arxa oturacaqda əyləşən Nizami Məmmədov aldığı çoxsaylı qabırğa sınıqları, ağciyərin cırılması nəticəsində baş vermiş kəskin qanitirmə və ağır travmatik şok səbəbindən hadisə yerində həyatını itirib.

Məhkəmə iclasında ifadə verən Rövşən Namazəliyev ittiham üzrə özünü təqsirli bildiyini deyib.

Onun sözlərinə görə, hadisə günü tanışları ilə birlikdə balıq ovuna gedərək spirtli içki qəbul ediblər. Axşam saatlarında geri qayıdarkən hər üçü sərxoş vəziyyətdə olub.

İfadəsində bildirib ki, əvvəlcə avtomobili Hafiz idarə etsə də, sonradan özünü pis hiss etdiyi üçün sükanı ona verib:

"Maşını idarə etməyə başlayandan təxminən 3-4 dəqiqə sonra güclü zərbə hiss etdim. Sonrasını xatırlamıram. Ayılanda artıq Bakıdakı xəstəxanada idim. Sonradan öyrəndim ki, dostlarımızdan biri hadisə zamanı dünyasını dəyişib".

Rövşən Namazəliyev baş verənlərdən dərin peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edib.

Məhkəmə baxışı zamanı həlak olan şəxsin hüquqi varisi səhhətində yaranmış problemlər səbəbindən prosesdə iştirak edə bilməyib.

O, məhkəməyə göndərdiyi teleqramda təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın tam ödənildiyini, ona qarşı hər hansı şikayət və ya tələbinin olmadığını bildirib. Hüquqi varis, həmçinin məhkəmədən Rövşən Namazəliyevə yüngül cəza verilməsini xahiş edib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO