Pul xoşbəxtliyə necə təsir edir? — Açıqlama

“Pul xoşbəxtlik gətirmir” ifadəsi uzun illərdir müzakirə olunan mövzulardandır. Bununla belə, artan yaşayış xərcləri, iqtisadi çətinliklər və gəlir fərqləri fonunda maddi təminatın insanın həyatından məmnunluq səviyyəsinə təsiri daha çox diqqət çəkir.

Bəs maddi imkanlarla xoşbəxtlik arasında həqiqətən birbaşa əlaqə varmı, yoxsa müəyyən həddən sonra pulun təsiri azalır?

Bizim.Media xəbər verir ki, sosioloq Naib Niftəliyev “demokrat.az”a açıqlamasında söyləyib ki, “pul xoşbəxtlik gətirmir” düşüncəsi həddindən artıq ümumi, abstrakt və skeptik yanaşmadır:

“Bunu mütləq həqiqət kimi qəbul etmək doğru deyil. Bu məsələyə klassik yanaşmada iki əsas baxış mövcuddur. Bunlardan biri Karl Marksın, digəri isə sosiologiya və pul nəzəriyyəsinin görkəmli nümayəndələrindən olan Qeorq Simmelin yanaşmasıdır. Simmelin “Pulun fəlsəfəsi” əsərində pulun cəmiyyətdəki rolu geniş şəkildə izah edilir.

Karl Marks isə “Kapital” əsərində pulun, kapitalın və izafi dəyərin yaradılmasının iqtisadi inkişaf üçün əhəmiyyətini əsaslandırır. Əgər pul dəyər yaradır, artırır və müəyyən şərtlər daxilində inkişafa səbəb olursa, deməli, o, sadəcə mübadilə vasitəsi deyil, həm də inkişafın mühüm alətidir.
 

Əslində maddi təminat, imkanlar və gəlir səviyyəsi ilə həyat məmnunluğu və rifah arasında birbaşa əlaqə mövcuddur. İnsan qidalanma, mənzil, səhiyyə, təhsil və təhlükəsizlik kimi əsas ehtiyaclarını ödəməlidir. Abraham Maslou da bunu ehtiyaclar iyerarxiyası ilə izah edir. Bu ehtiyaclar qarşılandıqdan sonra insanın həyat keyfiyyəti həm maddi, həm də mənəvi baxımdan yüksəlir. İnsan müəyyən maliyyə imkanlarına sahib olmalıdır ki, özünü təsdiq edə, potensialını reallaşdıra və cəmiyyətdə öz yerini tuta bilsin.


Maddi sabitlik həm də psixoloji narahatlığı azaldır, insana təhlükəsizlik və özgüvən hissi verir. Buna görə də kapital toplamaq, onu düzgün idarə etmək və artırmaq vacibdir. Xoşbəxtlik hissi ilə gəlir səviyyəsi arasında müəyyən korrelyasiya da mövcuddur. Lakin çox yüksək gəlir əldə etmək hər zaman daha çox xoşbəxtlik demək deyil.

Əgər həmin gəlirdən düzgün istifadə olunmursa, zaman keçdikcə bu adi hala çevrilə bilər. Bununla belə, uzunmüddətli maliyyə sabitliyi, təhlükəsizlik və rifah insanların özünü təsdiq etməsi və həyat keyfiyyətinin yüksəlməsi üçün mühüm əsasdır. Buna görə də “pul xoşbəxtlik gətirmir” fikrini qəti şəkildə doğru hesab etmək olmaz”.

Sosioloq xoşbəxtlik yaradan pulun özü deyil, onun vasitəsilə əldə olunan imkanlar olduğunu deyib:

“Pul sosial, iqtisadi və şəxsi hədəflərə çatmaq üçün vasitədir. İnsan münasibətləri, sağlam sosial əlaqələr, mənəvi dəyərlər, peşəkar inkişaf, karyera uğurları və cəmiyyət tərəfindən şəxsiyyət kimi qəbul olunmaq da həyatı mənalı edən əsas amillərdəndir. Gündəlik həyatda isə pul zəruri ehtiyacdır. İnsan cibində vəsait olmadıqda və ya ən sadə xərclərini qarşılaya bilmədikdə istər-istəməz narahatlıq, gərginlik və stress yaşayır.
 

“Nə yeyəcəyəm?”, “Necə yaşayacağam?”, “Hara necə gedəcəyəm?” kimi suallar həyat keyfiyyətinə birbaşa təsir edir. Buna görə də maddi imkanların məhdudluğu həyat məmnunluğunu əhəmiyyətli dərəcədə azaldan əsas sosial amillərdən biridir. Bəzən yoxsul, amma xoşbəxt görünən insanlar nümunə göstərilir. Lakin insan gündəlik qida, yaşayış və digər əsas ehtiyaclarını təmin edə bilmirsə, həmin xoşbəxtlik uzunmüddətli və real sayıla bilməz. Hər kəsin xoşbəxtlik anlayışı fərqlidir.


Bununla belə, maddi imkanların genişlənməsi insanların böyük əksəriyyətinin həyat məmnunluğunu artırır. İstənilən halda seçim azadlığı, təhlükəsizlik, rifah və keyfiyyətli təhsil müəyyən maliyyə imkanlarından asılıdır. Bəzən ödənişsiz təhsil nümunə göstərilir.

Lakin müasir dövrdə texnologiyaya çıxış, tədris resursları və digər zəruri imkanlar da maliyyə tələb edir. Bu isə kapitalın formalaşdırılması, düzgün bölüşdürülməsi və səmərəli istifadə olunmasının vacibliyini göstərir. Nəticədə insanlar həm səhiyyə, həm iqtisadi inkişaf, həm də gələcəyə daha inamlı və pozitiv baxış baxımından daha əlverişli imkanlar əldə edirlər.

Bir sözlə, “pul xoşbəxtlik gətirmir” fikri mütləq həqiqət deyil və bu istiqamətdə aparılan bəzi müzakirələr müəyyən mənada manipulyativ xarakter daşıyır. Pul halallıqla qazanıldıqda və düzgün idarə olunaraq xərcləndikdə insanın həyat keyfiyyətini, rifahını və məmnunluğunu artırır. Əksinə, israfçılıq, məsuliyyətsiz xərclər və vəsaitdən sui-istifadə isə xoşbəxtlikdən daha çox problemlərə və narahatlıqlara səbəb ola bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO