Sankt Peterburqda Heydər Əliyevin 100 illiyinə həsr olunan konfrans keçirilib - FOTOLAR

UNEC ilə Sankt-Peterburq Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Sankt-Peterburq şəhərində “Azərbaycan və Rusiya arasında əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
 
Konfransın məqsədi ulu öndər Heydər Əliyevin Azərbaycan ilə Rusiya arasında  əməkdaşlığa qazandırdığı nailiyyətləri təhlil etmək, o cümlədən iki ölkənin iqtisadi, enerji və mədəni əməkdaşlıq layihələrini müzakirə etmək olub.
 
Beynəlxalq konfransda UNEC rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti, Rusiya və Azərbaycanın dövlət nümayəndələri, ictimai xadimlər, rus və azərbaycanlı icmaların nümayəndələri, tədqiqatçı və ekspertlər iştirak ediblər.
 
Sankt-Peterburq Dövlət İqtisad Universitetinin (SPbDİU) rektoru prof.İqor Maksimtsev konfransın açılışında çıxış edərək, Azərbaycan ilə Rusiya arasındakı əməkdaşlıq münasibətlərindən danışıb. Bu qarşılıqlı əməkdaşlıqda universitetlərin xüsusi rolunu diqqətə çatdırıb.
 
Rektor prof. Ədalət Muradov 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsini vurğulayaraq, dünyanın müxtəlif ölkələrində ümummilli liderə həsr olunmuş tədbirlərin keçirildiyini bildirib. Konfransın Sankt Peterburq şəhərindən keçirilməsinin iki əsas məqamını diqqətə çatdıran rektor, ulu öndərin bir zamanlar bu şəhərdə ali təhsil aldığını iştirakçıların diqqətinə çatdırıb. Həmçinin UNEC-in  əvvəllər SPbDİU-nun Bakı şəhərindəki filialı kimi fəaliyyət göstərdiyini qeyd edib. Ədalət Muradov konfransın hər iki universitet arasındakı yeni əməkdaşlığın inkişafına töhfələr verəcəyindən əminliyini ifadə edib.
 
Beynəlxalq konfransda ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti və misilsiz xidmətləri haqqında maraqlı məruzələr dinlənilib. Plenar iclasda UNEC-in Elmi Fəaliyyətin Təşkili və İdarə Olunması Departamentinin direktoru professor Zahid Məmmədovun Azərbaycan ilə Rusiya arasında strateji əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu haqqında məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
 
Konfrans çərçivəsində “Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlıq: Heydər Əliyevin rolu və inkişaf üçün yeni impulslar” mövzusunda təşkil olunan dəyirmi masada Rusiya və Azərbaycan arasında Avrasiya mədəniyyətlərinin dialoqu, təhsil və elm, iqtisadiyyat və sənaye, enerji və logistika sahələrində əməkdaşlığın yeni imkanları nəzərdən keçirilib. UNEC Dizayn məktəbinin direktoru dos.Lalə Məmmədova və Tətbiqi iqtisadiyyat kafedrasının müdiri dos.Sevinc Abbasova təmsil etdikləri fakültə və kafedranın fəaliyyəti ilə bağlı çıxış ediblər.
 
Konfransda UNEC ilə Sankt-Peterburq Dövlət İqtisad Universitetinin rektorları arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Sənədə əsasən, tərəflər arasında müəllim və tələbələrin akademik mübadilələrinin stimullaşdırılması, birgə təhsil proqramlarının hazırlanması, elmi konfransların təşkili, tədqiqatların aparılması və elmi məqalələrin nəşri nəzərdə tutulub.
 
Səfər zamanı UNEC kollektivi ümummilli lider Heydər Əliyevin Sankt Peterburqdakı Xatirə lövhəsini ziyarət edərək, önünə güllər düzüblər, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO