Masallı rayonunda zibil poliqonunda başlayan yanğın getdikcə daha geniş əraziyə yayılaraq yeni Ələt–Astara avtomobil yoluna çatıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, avqustun 1-dən davam edən yanğın hazırda magistralın 136-cı kilometrliyi yaxınlığında müşahidə olunur.
Alov dilləri və qalın tüstü yolun təxminən 10–15 metrliyinə qədər irəliləyib.
Yaranan tüstü magistralda hərəkət edən sürücülərin görmə məsafəsini azaldır və nəqliyyatın hərəkətində çətinlik yaradır.
Yanğının söndürülməsi və ərazidə vəziyyətin nəzarətdə saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu