Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının "103" qısa nömrəsinə zənglərdə müvəqqəti çətinlik yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb.
Bildirilib ki, texniki nasazlıq səbəbindən "103" qısa nömrəsinə edilən zənglərin qəbulunda problem müşahidə olunur.
Qeyd olunub ki, nasazlıq aradan qaldırılanadək təcili tibbi yardıma ehtiyacı olan vətəndaşlar (018) 656-03-03 və (018) 643-03-20 nömrələri ilə əlaqə saxlaya bilərlər.
Bizim.Media