Ali məktəbə qəbulda keçid ballarında dəyişiklik gözlənilir - AÇIQLAMA

Yaxın günlərdə ali təhsil müəssisələrinin bakalavr pilləsinə qəbul üçün ixtisas seçiminin başlanacağı gözlənilir. Bu ərəfədə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə keçid balları ilə bağlı ilkin proqnozlarını açıqlayıb.

Onun sözlərinə görə, bəzi ixtisas qruplarında müxtəlif bal intervalları üzrə keçid ballarında həm artım, həm də azalma gözlənilir. Belə ki, o, qrupların bir çoxunda 400-600 bal intervalında keçid ballarının enəcəyini, 200-300, 300-400 bal intervalında isə keçid ballarının əksinə bir qədər artacağını bildirib. DİM sədri bunu həmin bal aralığında nəticə göstərən abituriyentlərin sayıın artması və bunun da müsabiqə şərtinə təsiri ilə əlaqələndirib.
 

MÖVZU İLƏ BAĞLI:

150 bal toplayan abituriyentlərin seçəcəyi İXTİSASLAR


Bu açıqlamadan 50 və daha az faiz nəticə göstərənlərin sayının artıdğı məlum olur.  

Bəs bu sayın artmasına nə səbəb olur? Niyə abituriyentlər mümkün balın 40-50 faizini toplaya bilirlər?

Mövzu ilə bağlı Bizim.Media-ya fikirlərini bildirən təhsil sahəsi üzrə ekspert Elçin Əfəndinin sözlərinə görə, abituriyentlərin bir çoxu qəbul imtahanına ciddi hazırlaşmırlar:

"Bu il bütün ixtisas qruplarında 150-400, bəzi qruplarda isə 150-500 bal aralığında nəticə göstərən abituriyentlərin sayı daha çoxdur. Bu da ötən illərdə həmin bal intervalında formalaşmış keçid ballarına təsir göstərəcək. Yəni həmin aralıqda keçid ballarında müəyyən artım müşahidə oluna bilər. Çünki ən böyük rəqabət məhz bu bal intervalındadır.
 

Abituriyentlərin əksəriyyəti hazırlıq dövründə qarşılarına konkret məqsəd qoymur, istədikləri ixtisasa qəbul olmaq üçün deyil, sadəcə ali məktəbə qəbul olunmaq prinsipi ilə hazırlaşırlar. Bu yanaşma da onların nəticələrinin aşağı olmasına səbəb olur. Bütün ixtisas qruplarında oxşar vəziyyəti müşahidə edirik.


Bu il müsabiqəyə qatılan abituriyentlərin sayı çox olsa da, onların böyük əksəriyyəti yüksək nəticə əldə etməyib. Elə ixtisas qrupları var ki, burada 400-550 bal aralığında nəticə göstərənlərin sayı ötən illə müqayisədə artıb. Bütün bu amillər ixtisasların keçid ballarına təsir edəcək. Yaxşı olar ki, abituriyentlər ali məktəbə hazırlaşarkən qarşılarına konkret məqsəd qoysun, hansı ixtisası seçmək istədiklərini əvvəlcədən müəyyənləşdirsin və hazırlıq prosesinə planlı şəkildə yanaşsınlar.

Kortəbii hazırlıq onların istədikləri nəticəni əldə etmə ehtimalını azaldır”.

Ekspert, həmçinin, texnoloji amillərdən həddindən artıq istifadə, xüsusilə mobil oyunlara marağın yüksək olması və dərsdənkənar fəaliyyətlərin çoxluğunun da abituriyentlərin nəticələrinə müəyyən dərəcədə mənfi təsir göstərdiyini vurğulayıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO