Azərbaycanda orqan köçürmələrinin sayı açıqlandı - Rəsmi

Azərbaycanda dörd il ərzində 1000-dən çox orqan transplantasiyası həyata keçirilib, meyit donordan əməliyyatların sayı isə 80-ə yaxın olub.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin idarə heyətinin sədri Yeganə Abbasova məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

1400-dən çox xəstə GÖZLƏYİR - Azərbaycanda donor niyə tapılmır?


Belə ki, 2022-ci ildə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin yaradıldığı vaxtdan 2026-cı ilin ilk 6 ayının sonunadək ölkədə ümumilikdə 1000-dən çox transplantasiya əməliyyatı icra edilib. Bu dövrdə 400-ə yaxın böyrək, 200-ə yaxın qaraciyər, 3 ürək, 100-dən çox sümük iliyi və 300-dən çox buynuz qişa transplantasiyası həyata keçirilib. Həmçinin, meyit donordan həyata keçirilən transplantasiya əməliyyatlarının sayı 80-ə yaxın olub. 2026-cı ilin ilk 6 ayında isə ölümündən sonra orqan bağışlanmasına ailələrinin razılıq verdiyi donorların sayı 5 olub və onların hesabına 26 transplantasiya əməliyyatı icra edilib.

Qurumdan bildirilib ki, orqan transplantasiyasına olan tələbatın tam qarşılanması bütün dünyada səhiyyə sistemlərinin qarşılaşdığı ən aktual məsələlərdən biridir:

“Orqan transplantasiyası yalnız immunoloji və tibbi cəhətdən uyğun donor olduqda mümkündür. Eyni zamanda, beyin ölümü diaqnozu qoyulan hər bir şəxs orqan donoru ola bilmir. Potensial donorların bir qismi tibbi meyarlara cavab vermir, bəzi hallarda isə ailə razılığı əldə olunmur. Bəzi hallarda yanlış təsəvvürlər, tərəddüdlər və ya məlumat çatışmazlığı ailələrin orqan donorluğuna razılıq verməsinə təsir göstərir”.
 

Mərkəzin məlumatına görə, son illərdə ölkədə meyit donorluğu sisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. Hüquqi bazanın təkmilləşdirilməsi, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin yaradılması, vahid informasiya sisteminin qurulması, beyin ölümü diaqnozu üzrə milli protokolun tətbiqi, həkimlərin ixtisasartırma təlimlərinə cəlb olunması və geniş maarifləndirmə tədbirləri bu sahədə irəliləyişə şərait yaradıb:


“Həyata keçirilən islahatlar nəticəsində 2025-ci ildə Azərbaycanda ilk dəfə meyit donordan orqan transplantasiyası uğurla icra olunub ki, bu da ölkədə müasir donor və transplantasiya sisteminin formalaşması istiqamətində mühüm nailiyyətdir. Həmçinin, regionda ilk dəfə olaraq ölkəmizdə ürək transplantasiyası uğurla icra edilib. Ötən il vəfat etmiş donorlardan götürülən orqan və toxumalarla 53, cari ildə isə 26 transplantasiya həyata keçirilib”.

Vurğulanıb ki, meyit donorluğu sisteminin inkişafı, donor aşkarlanması prosesinin təkmilləşdirilməsi, tibb işçilərinin hazırlığının gücləndirilməsi və televiziya, radio, rəqəmsal media vasitəsilə aparılan davamlı maarifləndirmə işləri donor sayının mərhələli şəkildə artmasına və transplantasiya gözləyən xəstələrin həyat şansının yüksəlməsinə töhfə verir.

“Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsi tərəfindən orqan donorluğu ilə bağlı ictimai maarifləndirmə işləri davamlı olaraq həyata keçirilir.

Müxtəlif televiziya kanallarında mütəxəssislərin iştirakı ilə müsahibələr təşkil olunur, "Sağlam Radio"da bu sahəyə həsr olunmuş verilişlər və ekspert çıxışları yayımlanır, Nazirliyin rəsmi sosial media hesablarında maarifləndirici paylaşımlar edilir və media vasitəsilə ictimaiyyət mütəmadi məlumatlandırılır. Bu fəaliyyətlərin əsas məqsədi orqan donorluğu ilə bağlı düzgün məlumatlandırmanı təmin etmək, yanlış təsəvvürləri aradan qaldırmaq və cəmiyyətdə bu sahəyə etimadı daha da gücləndirməkdir”,- məlumatda qeyd edilir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO