Vətəndaşlar indi də belə aldadılır – XƏBƏRDARLIQ - FOTO

Sosial şəbəkələrdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) adından istifadə edilməklə vətəndaşları aldatmağa yönəlmiş saxta məlumatlar və sənədlər yayılır.

Bizim.Media xəbər verir ki, AEM bununla bağlı xəbərdarlıq yayıb.
 

Bildirilib ki, həmin məlumatlarda guya AEM-in hansısa "Sandoz Pharma Departamenti" ilə birgə fəaliyyət göstərdiyi, "barkodçu" vəzifəsinə işçi qəbulu apardığı və namizədlərin məlumatlarının AEM-in daxili reyestrində qeydiyyata alındığı iddia olunur:


"Tam məsuliyyətlə bildiririk ki, bu məlumatlar həqiqəti əks etdirmir və saxtadır. Yayılan saxta sənədin sonunda guya "Analitik Ekspertiza Mərkəzi Sandoz Pharma Departamentinin İnsan Resursları Departamentinin Etibar Abdalov" adlı şəxsin imzası göstərilib. AEM-də Etibar Abdalov adlı şəxs çalışmır. Bundan əlavə, sənəd avqustun 2-də yayılsa da, onun üzərində "03.08.2026" tarixi qeyd olunub.

Bu ziddiyyət sənədin saxta olduğunu açıq şəkildə göstərir. Bundan başqa, işə qəbul adı altında vətəndaşlarla əlaqə saxlayan şəxs özünü "Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən Sandoz Pharma şirkətinin İnsan resursları üzrə baş koordinatoru Fariz Heydərov" kimi təqdim edir və vətəndaşdan guya "müqavilə rekvizitlərinin rüsumu" adı ilə müəyyən bank hesabına pul köçürməsini tələb edir".

Qeyd olunub ki, AEM-in tabeliyində nəinki "Sandoz Pharma", ümumiyyətlə heç bir özəl şirkət fəaliyyət göstərmir:

"AEM belə ad altında işə qəbul aparmır, işə qəbul zamanı heç bir ödəniş tələb edilmir, vətəndaşlardan hər hansı hesaba pul köçürülməsi tələb olunmur. Həmçinin sosial şəbəkələrdə yayılan "barkodçu" vəzifəsi ilə bağlı məlumatlar da həqiqəti əks etdirmir. Məlumat üçün bildiririk ki, Analitik Ekspertiza Mərkəzi dərman vasitələrinə xətti barkod (GTIN/EAN) vermir".
 

AEM vətəndaşlara bir daha müraciət edərək bildirib ki, işə qəbul, ödəniş və ya digər rəsmi prosedurlarla bağlı yalnız Mərkəzin rəsmi məlumatlarına etibar etsinlər, naməlum şəxslərin göndərdiyi sənədlərə və ödəniş tələblərinə inanmasınlar, heç bir halda şəxsi məlumatlarını və pul vəsaitlərini üçüncü şəxslərə təqdim etməsinlər:


"Faktla bağlı AEM tərəfindən müvafiq dövlət strukturlarına müraciət ediləcək və qanunvericiliyə uyğun olaraq zəruri hüquqi tədbirlər görüləcək. "Analitik Ekspertiza Mərkəzi vətəndaşlara xatırladır ki, rəsmi işə qəbul elanları yalnız Mərkəzin rəsmi internet səhifəsi və rəsmi sosial media hesabları vasitəsilə yayımlanır."








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO