Paytaxtın Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00 dək Əhməd Cəmil, Süleyman Dadaşov, Bəsti Bağırova, Həsən Məcidov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra adı çəkilən ərazilərdə yaşayan sakinlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Bizim.Media