Gəncədə fərdi yaşayış evində yanğın baş verib.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin N.Nərimanov prospektində, 3 mərtəbəli fərdi yaşayış evində qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə 4 yanğınsöndürən avtomobil və 30-a yaxın canlı qüvvə cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb. (Qafqazinfo.az)




Bizim.Media