Nəriman Həsənzadə 1950-ci illər ədəbi nəslinin son böyük nümayəndəsi idi - Orxan Fikrətoğlu

"Nəriman Həsənzadə bir epoxa idi".

Bizim.Media xəbər verir ki, bu fikirləri mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib.

O bildirib ki, Nəriman Həsənzadənin "Bu dünya nərdivandır: qalxanda mehribandır, enəndə nə yamandır" misraları bu gün də aktuallığını qoruyur:

"Nəriman müəllimin bu dünyaya baxışı mehriban idi. Əslində, qalxanda da, enəndə də dünya insana, xüsusilə şairlərə mehriban davranmır. Nəriman Həsənzadə taleyini ləyaqətlə yaşayan insan idi".

Mədəniyyət nazirinin müşaviri qeyd edib ki, mərhumun həm ədəbi, həm də ictimai-siyasi fəaliyyəti Azərbaycan tarixində xüsusi yer tutur:

"Ədəbiyyat və İncəsənət" qəzeti Azərbaycan ədəbiyyatında azad düşüncəni, gerçək poeziyanı və nəsri təmsil edən nüfuzlu nəşr idi. Nəriman müəllimin informasiya nazirinin müavini, bir müddət isə nazir vəzifəsini icra etməsi də ölkənin ictimai-siyasi həyatında mühüm iz qoyan dövrlərdən biri olub".

Orxan Fikrətoğlu bildirib ki, Nəriman Həsənzadənin fəaliyyətinin əsas xüsusiyyətlərindən biri dövlətə və xalqa sədaqətlə xidmət etməsi idi:

"Nəriman Həsənzadənin ictimai-siyasi fəaliyyətində ən mühüm amil onun dövlətə və xalqa hər zaman eyni mövqedən yanaşması, eyni sədaqətlə xidmət etməsi idi. Azərbaycan dövləti də onun bu xidmətlərini yüksək qiymətləndirib".

Mədəniyyət nazirinin müşaviri əlavə edib ki, Nəriman Həsənzadə həyatı ilə yaradıcılığı bir-birini tamamlayan nadir sənətkarlardan olub:

"Özü nə qədər nəzakətli, romantik və həyatsevər idisə, şeirləri də elə idi. O, öz şeirlərinə, şeirləri də ona bənzəyən nadir şairlərdən idi".

Onun sözlərinə görə, Nəriman Həsənzadə 1950-ci illər ədəbi nəslinin son böyük nümayəndələrindən biri idi:

"Xəlil Rza, Bəxtiyar Vahabzadə kimi korifeyləri artıq itirmişik. Nəriman Həsənzadə isə 1950-ci illər ədəbi nəslinin bu günümüzə qədər gəlib çatan son böyük nümayəndəsi idi".

Orxan Fikrətoğlu qeyd edib ki, Xalq şairi yüksək mənəvi keyfiyyətləri və insanlığı ilə hər zaman xatırlanacaq:

"Bu zalda olan da, olmayan da Nəriman Həsənzadəni işıqlı, nurlu, nəzakətli, son dərəcə mədəni insan kimi xatırlayacaq. Belə insanlar çox nadir olur".

Sonda mədəniyyət nazirinin müşaviri Nəriman Həsənzadənin irsinin daim yaşayacağını bildirib:

"Nəriman Həsənzadə həmişə yaşayacaq. Onun böyüklüyü, nəzakəti və şəxsiyyəti poeziyasına köçüb. O, şeirləri ilə əbədi yaşayacaq".

Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə ötən gün səhər saatlarında vəfat edib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

End of content

No more pages to load

RADİO