Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Ad, soyad və ata adı insanın ən mühüm fərqləndirici məlumatlarından biri hesab olunsa da, bu məlumatların tamamilə eyni olduğu minlərlə insan var. İlk baxışda adi statistika kimi görünən bu fakt bəzən ciddi hüquqi, inzibati və hətta təhlükəsizlik problemlərinə səbəb olur.

Dünyanın müxtəlif ölkələrində eyni ad, soyad və ata adına malik şəxslərin başqasının törətdiyi cinayətə görə şübhəli bilinməsi, sərhəd-keçid məntəqələrində əlavə yoxlamalara məruz qalması, bank əməliyyatlarında gecikmələrlə üzləşməsi və müxtəlif dövlət qurumlarında qarışıqlıq yaşaması halları kifayət qədər geniş yayılıb. Belə hadisələr Azərbaycanda da istisna deyil.

Hətta bunun daha böyük fəsadlaarın mətbuatda da görmüşük. Eyni ad və soyad ciddi problemlər yaradır. Xüsusulə qəzetçiulik dövründə bu məslə ciddi problemlərə yol açırdı. Məsələn, ölkədə iki böyük vəzifəli Əli Həsənov var idi. Bəzən qəzetdə yazı bir Əli Həsənova, şəkil digər Əli Həsənova aid olurdu. Saytdan fərli olaraq qəzetdə bu yanlışı sonradan düzəltəmək mümkün olmurdu.

Azərbaycanda ən çox təkrarlanan ad-soyad və ata adı hansıdır?

Bizim.Media xəbər verir ki, Ədliyyə Nazirliyinin yaydığı məlumata görə, ölkədə kişilər arasında ən çox rast gəlinən tam ad kombinasiyası “Əliyev Hüseyn Əli"dir.

Bu ad, soyad və ata adını daşıyan 89 nəfər qeydiyyatdadır.

İkinci yeri isə eyni sayda şəxs tərəfindən daşınan iki kombinasiya bölüşür:

Məmmədov Əli Məmməd – 81 nəfər;

Məmmədov Vüqar İlqar – 81 nəfər.

Bu statistika göstərir ki, Azərbaycanda bəzi adlar və soyadlar uzun illərdir ailə ənənələri və milli advermə mədəniyyəti nəticəsində geniş yayılıb.

Kişilər arasında ən çox rast gəlinən ilk 10 kombinasiya

1. Əliyev Hüseyn Əli (89)

2. Məmmədov Əli Məmməd (81)

3. Məmmədov Vüqar İlqar (81)

4. Məmmədov Samir Sabir (73)

5. Əliyev Vüqar İlqar (68)

6. Həsənov Hüseyn Həsən (62)

7. Məmmədov Orxan Elxan (61)

8. Əliyev Əli Elçin (60)

9. Əliyev Yusif Əli (58)

10. Əliyev Əli Məmməd (58)

Qadınlar arasında lider kimdir?

Qadınlar arasında isə ilk sırada “Əliyeva Zeynəb Əli” kombinasiyası qərarlaşıb. Bu ad, soyad və ata adına malik 51 nəfər var. Sonrakı pillələrdə isə Əliyeva Sevinc Əli – 50 nəfər və Məmmədova Günel Vaqif – 49 nəfər yer alır.

Qadınlar arasında ilk 10-luq

1. Əliyeva Zeynəb Əli (51)

2. Əliyeva Sevinc Əli (50)

3. Məmmədova Günel Vaqif (49)

4. Məmmədova Sevinc Vaqif (48)

5. Məmmədova Gülnarə Əli (48)

6. Əliyeva Fatimə Elçin (46)

7. Əliyeva Zəhra Əli (45)

8. Məmmədova Sevinc Əli (44)

9. Əliyeva Fatimə Vüqar (44)

10. Məmmədova Zəhra Anar (43)

Niyə eyni adlar bu qədər çoxdurˀ

Mütəxəssislərin fikrincə, Azərbaycanda bəzi adların geniş yayılması təsadüfi deyil. Bunun bir neçə əsas səbəbi var:

Burada ailə böyüklərinin adlarının nəsildən-nəslə verilməsi, dini və milli adlara üstünlük, ən çox istifadə olunan soyadların (“Əliyev”, “Məmmədov”, “Həsənov” və s.) geniş yayılması və ata adlarının da ənənəvi olaraq təkrarlanmasıdır.

Bu amillər nəticəsində eyni ad, soyad və ata adına malik onlarla, hətta yüzə yaxın insanın olması təbii statistika kimi ortaya çıxır.

Tam eyni identifikasiya məlumatlarına malik olmaq bəzən ciddi narahatlıqlara səbəb olur.
Belə şəxslər beynəlxalq hava limanlarında əlavə yoxlamaya cəlb olunur, sərhəd-keçid məntəqələrində saxlanılır. Bank və maliyyə əməliyyatlarında əlavə identifikasiya prosedurlarından keçə bilir. Hüquq-mühafizə orqanlarının informasiya bazalarında ad oxşarlığı səbəbindən ilkin araşdırmalarla üzləşir.
 

Əksər hallarda məsələ şəxsiyyət vəsiqəsinin FİN kodu, doğum tarixi, biometrik məlumatlar və digər fərdiləşdirici göstəricilər vasitəsilə dəqiqləşdirilir. Buna baxmayaraq, eyni ad məlumatları müəyyən vaxt itkisinə və əlavə prosedurlara səbəb ola bilir.


Müasir dövlət idarəçiliyində ad və soyad kifayət etmir. Elektron hökumət sistemləri, FİN kodu, biometrik məlumatlar, rəqəmsal reyestrlər və inteqrasiya olunmuş məlumat bazaları məhz belə qarışıqlıqların qarşısını almaq üçün tətbiq edilir.

Ekspertlər hesab edirlər ki, rəqəmsallaşmanın genişlənməsi gələcəkdə eyni ad-soyad və ata adına malik şəxslərin yaratdığı inzibati çətinlikləri minimuma endirəcək.

Ədliyyə Nazirliyinin açıqladığı statistika göstərir ki, Azərbaycanda eyni ad, soyad və ata adını daşıyan onlarla insan var və bəzi hallarda bu rəqəm 80–90 nəfərə qədər yüksəlir. Bu, ölkədə advermə ənənələrinin və geniş yayılmış soyadların təbii nəticəsidir.

Lakin rəqəmlərin arxasında daha ciddi bir məqam dayanır. Qloballaşan və rəqəmsallaşan dünyada şəxsiyyətin düzgün identifikasiyası təhlükəsizlikdən tutmuş hüquqi münasibətlərə, bank əməliyyatlarından sərhəd nəzarətinə qədər bir çox sahədə həlledici rol oynayır. Məhz buna görə də müasir identifikasiya sistemləri ad və soyadla yanaşı, unikal rəqəmsal məlumatlara əsaslanır. Eyni adlar çox ola bilər, amma hər bir insanın hüquqi kimliyi yalnız ona məxsus olmalıdır. (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

Neçə nəfər sizin ad, soyad və ata adınızın adaşıdır – Nazirlik açıqladı

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

1960-cı illərdə uşaqların sevimlisi olan 10 məşhur səhər yeməyi

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Şuşaya gedən ödənişli yolda "Gelandewagen" aşdı - VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Zaur Kamal bağında oğluna ad günü etdi – FOTO/VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Daş karxanalarında istifadə olunan köhnə mişarlar hava kirliliyinə səbəb olur? - VİDEO

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

Alimlərdən qan təzyiqi ilə mübarizədə YENİ ÜSUL

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

"Şamaxı"nın 12 yaşlı futbolçusu faciəvi şəkildə HƏLAK OLDU

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Vəfat edən keçmiş nazir kim olub? – DOSYE

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Moskvada metro yaxınlığında partlayış: ölən və yaralananlar var - VİDEO

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Lyayen: Seutaya keçən bir miqrant belə Avropaya buraxılmadı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Şəkərsiz mürəbbə reseptləri: Həm sağlam, həm dadlı

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Azərbaycanda nağdsız ödəniş bumu: 10 milyard manata yaxın vəsait xərcləndi

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

Həşərat əleyhinə spreylər sağlamlığa CİDDİ TƏHLÜKƏDİR

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

İranın vitse-prezidenti: “Ölkə müharibə ssenarisinə hazırlaşır”

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

Macarıstan qənaət rejiminə keçir: Metro və tramvaylar daha yavaş hərəkət edəcək

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

İspaniya kralı Seutadakı miqrant hadisələrinə REAKSİYA VERDİ

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı – VİDEO

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

End of content

No more pages to load

RADİO