Bayram Məmmədovun ailəsindəki dəhşətli qətlin təfərrüatı - FOTOLAR

Bu gün səhər saatlarında Bakının Sabunçu qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

54 yaşlı Sevinc Şahmar qızı Məmmədovanın oğlu tərəfindən şəxsiyyət vəsiqəsi üstündə öldürüldüyü iddia edilir.

Mərhumun "NİDA" Vətəndaş Hərəkatının üzvü olmuş və 2021-ci ildə İstanbulda vəfat edən ictimai fəal Bayram Məmmədovun anası olduğu məlum olub. Dəhşətli cinayəti törətməkdə şübhəli bilinən Bayramın qardaşı, 34 yaşlı Elvin Fərman oğlu Məmmədov saxlanılıb.  

Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı Teleqraf İnformasiya Agentliyinin əməkdaşları qətlin törədildiyi Sabunçu qəsəbəsindəki ünvana yollanıblar.

Qonşuların bildirdiyinə görə, cinayəti törədən Elvin Məmmədovun ciddi psixoloji problemləri olub:

"Çox gözəl, nümunəvi bir ailə idi. Ana, ata və oğul evdə birlikdə qalırdılar. Dünyasını dəyişən Sevinc xanım çox yaxşı qadın idi, şirniyyat sexində işləyirdi. O, bir neçə il əvvəl də böyük oğlunu itirmişdi və daxilən böyük acı çəkirdi. Bu oğlu isə ruhi xəstə idi. Hər dəfə işdən evə gələndə onu küçədə dayanan görürdüm. Lakin indiyə qədər hansısa zərərli hərəkətini görməmişəm. Bu məhəlləyə yeni köçdüyüm üçün ailə haqqında çox məlumatım yoxdur", - deyə qonşulardan biri deyir.

Həmsöhbətimiz qanlı davanın hansı səbəbdən qızışdığı barədə məhəllədə gəzən iddiaları da bölüşüb:

"Bildiyim qədərilə, oğlan şəxsiyyət vəsiqəsinin üstündə anası ilə mübahisə edib. Hadisə bir anda, qəfil baş verib. Bu hadisə hər kəsə dərs olmalıdır. Bu cür psixoloji diaqnozu olan şəxsləri evdə nəzarətsiz saxlamasınlar, bunun üçün dövlətimizin xüsusi müəssisələri var. Elə insanlar mütləq vaxtında müalicə almalıdırlar".

Qonşu məhəllədə yaşayan Cavid Məhərrəmovun sözlərinə görə, qətl anında ata evdə olmayıb:

"Evim onlardan bir az uzaqdadır, yaxından tanımıram. Amma eşitdiyim qədərilə normal ailə idi. Oğlan çöldə-bayırda özünü sakit aparırdı, amma deyirlər psixoloji problemləri olub. Hadisə baş verən vaxt evdə yalnız ana və oğlu olub, ata rayonda imiş".

Yaxınlıqda yaşayan digər bir qonşu qadın isə ailənin keçmişi ilə bağlı bunları deyir:

“Elvinin əvvəllər ailəsi var idi, sonradan isə boşandı. Anası, atası çox yaxşı, sakit adam idilər. Oğlanın özünü isə demək olar ki, görmürdüm”.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

End of content

No more pages to load

RADİO