İsmayıllıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Babaxan adlanan ərazisində qeydə alınıb.
Qəza zamanı “Mercedes” markalı yük maşını ilə “Volkswagen” və “VAZ1107” markalı avtomobillər toqquşub. Hadisə zamanı 1 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarəti alaraq İsmayıllı rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hazırda fakt araşdırılır.


Bizim.Media, Aran bürosu