Bu şəxslər boşana bilməz — Açıqlama

Boşanmaq qərarı verən şəxslər ilk addım kimi məhkəməyə iddia ərizəsi təqdim edirlər. Lakin hər müraciət avtomatik olaraq icraata qəbul edilmir. Bəzi hallarda qanunvericiliyin tələblərinə əməl olunmadıqda, iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarıla və ya ümumiyyətlə icraata qəbul edilməyə bilər. 

Boşanma ilə bağlı məhkəməyə müraciət edilərkən iddia ərizəsi hansı hallarda qəbul edilmir və bunun hüquqi əsasları nələrdir?

Bizim.Media xəbər verir ki, hüquqşünas Elnur Məmmədov “demokrat.az”a açıqlamasında söyləyib ki, nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmək hər bir şəxsin hüququ olsa da, iddia ərizəsinin icraata qəbul edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməsindən və məhkəməyə aidiyyət qaydalarına riayət olunmasından asılıdır:

“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsinə əsasən, iddia ərizəsi qanunla müəyyən edilmiş forma və məzmuna uyğun olmadıqda və ya ona əlavə edilməli sənədlər təqdim edilmədikdə, məhkəmə iddia ərizəsini iddiaçıya geri qaytarır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 153.2-ci maddəsinə əsasən, iş həmin məhkəmənin aidiyyətinə daxil olmadıqda, iddia ərizəsi səlahiyyətsiz şəxs tərəfindən imzalandıqda, eyni predmet və eyni əsas üzrə tərəflər arasında artıq məhkəmə icraatında iş olduqda və ya qanunla nəzərdə tutulmuş digər hallar mövcud olduqda iddia ərizəsi geri qaytarıla bilər”.

Elnur Məmmədov əlavə edib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən, arvadın hamiləliyi dövründə və uşağın doğulmasından sonra bir il müddətində arvadın razılığı olmadan ər nikahın pozulması barədə iddia qaldıra bilməz:

“Bu, qanunla müəyyən edilmiş birbaşa məhdudiyyətdir və məhkəmə həmin tələbə uyğun hərəkət edir. Beləliklə, boşanma ilə bağlı iddia ərizəsinin məhkəmə tərəfindən qəbul edilməsi üçün qanunvericiliyin prosessual tələblərinə tam əməl olunmalı, iddia düzgün məhkəməyə təqdim edilməli və qanunda nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmalıdır. Əks halda, iddia ərizəsi hərəkətsiz saxlanıla, geri qaytarıla və ya qanunda nəzərdə tutulmuş əsaslar olduqda icraata qəbul edilməyə bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

End of content

No more pages to load

RADİO