Bakıda fəaliyyət göstərən 140A saylı marşrut xətti üzrə hərəkət edən, dövlət qeydiyyat nişanı 77-VQ-512 olan avtobusun sürücüsü sükan arxasında mobil telefonla danışıb.
Bizim.Media xəbər verir ki, “musavat.com”a müraciət edən sərnişinlərin sözlərinə görə, sürücü hərəkət zamanı telefondan istifadə etməklə həm yol hərəkəti qaydalarını pozub, həm qəza riski yaradıb.
Məsələ ilə bağlı “musavat.com”un sorğusunu cavablandıran daşıyıcı şirkət BMH MMC bildirib ki, fakt araşdırılıb.
Qeyd olunub ki, sürücü əməkhaqqısından tutulmaqla cərimələnib, eyni zamanda analoji qanun pozuntusuna yol verməməsi üçün ona ciddi xəbərdarlıq edilib.
Bizim.Media