Beyləqanda baş verən ağır yol qəzası ölümlə nəticələnib.
Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Şəfa Əliyev hadisə yerində ölüb.
Qəza zamanı Şəfa Əliyevin oğlu, 1997-ci il təvəllüdlü Əlizamin Əliyev, 1988-ci il təvəllüdlü Həsən Həsənov və 1979-cu il təvəllüdlü Zəfər Məmmədov ağır xəsarətlər alıblar.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media