Sahibə Qafarova Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 31-də Cənubi Afrika Respublikasına (car) səfəri çərçivəsində Midrand şəhərində Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirak edib. Bu barədə

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Pan-Afrika Parlamentinin təşkilatçılığı ilə keçirilən tədbirdə Afrika ölkələrinin milli və regional parlamentlərinin sədrləri, beynəlxalq parlament təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
 

Parlamentin spikeri tədbirdə nitq söyləyib. Çıxışında müasir beynəlxalq münasibətlər sistemində baş verən dərin transformasiyalara, davam edən münaqişələrə, iqtisadi bərabərsizliyə və iqlim dəyişikliyinin yaratdığı çağırışlara toxunan Milli Məclisin sədri vurğulayıb ki, beynəlxalq təsisatlara etimadın getdikcə daha böyük təzyiqlərlə üzləşdiyi mövcud şəraitdə parlamentlər qlobal qərarqəbuletmə proseslərindən kənarda qala bilməzlər.


Spiker bildirib ki, parlamentlər vətəndaşların səsini ifadə edir, milli reallıqları beynəlxalq müstəviyə daşıyır, siyasi öhdəliklərin qanunvericilikdə, habelə konkret praktiki fəaliyyətlərdə öz əksini tapmasına töhfə verirlər.

Parlamentlərin qlobal çağırışların həllində artan rolunu qeyd edən spiker müasir dövrdə parlamentlərin yalnız milli qanunvericilik funksiyasını yerinə yetirən institutlar deyil, həm də beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən mühüm aktorlar olduğunu bildirib.
 

Bu gün burada ilk növbədə Azərbaycan parlamentini, eyni zamanda sədri olduğu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsini təmsil etdiyini deyən S.Qafarova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, hazırda 70-dən çox ölkənin parlamentini, o cümlədən Afrikanın əksər dövlətlərinin qanunverici orqanlarını bir araya gətirən bu Şəbəkə birgə səylərlə parlamentlərarası əməkdaşlığın inkişafına mühüm töhfə verən nüfuzlu beynəlxalq parlament əməkdaşlığı platformasına çevrilib.


Parlament həmrəyliyinin mücərrəd prinsip deyil, müasir beynəlxalq münasibətlər sistemində praktiki zərurət olduğuna dair qəti inamını ifadə edən parlamentin spikeri, mürəkkəb çağırışlar fonunda çoxtərəfli əməkdaşlığın və parlament diplomatiyasının əhəmiyyətinə toxunub.

Bu kontekstdə Pan-Afrika Parlamentinin önəmli roluna diqqəti çəkən S.Qafarova qeyd edib ki, qurum Afrikanın birliyi, inkişafı və qlobal mövqeyinin gücləndirilməsi baxışını parlament müstəvisində ifadə edir.

Təşkilat həmçinin "Afrika Gündəliyi – 2063"-da təsbit olunmuş məqsədləri – öz xalqı tərəfindən idarə olunan, beynəlxalq ictimaiyyətdə layiq olduğu rolu həyata keçirən sülhsevər, çiçəklənən və inteqrasiya olunmuş Afrika ideyasının reallaşdırılmasına xidmət edir.

Azərbaycanın bu baxışa dərin hörmətlə yanaşdığını vurğulayan spiker qeyd edib ki, rəsmi Bakı Afrika dövlətləri ilə münasibətlərinə böyük önəm verir, bərabərlik və qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlığı dəstəkləyir.
 

Milli Məclisin sədri əlavə edib ki, Afrika bu gün dünyada yalnız say göstəriciləri ilə deyil, həm də öz ideyaları, prioritetləri və liderliyi ilə təmsil olunmalıdır. O vurğulayıb ki, Afrika artıq qlobal müzakirələrin sadəcə obyekti deyil, həmin müzakirələrin formalaşdırılmasına getdikcə daha çox töhfə verir. Bu baxımdan, Afrikanın artan rolunun beynəlxalq təsisatlarda, o cümlədən qlobal parlament institutlarında layiqincə əks olunmasının vacibliyi qeyd olunub.


Çıxışında çoxtərəfli əməkdaşlığın və parlament diplomatiyasının inkişaf perspektivlərinə də toxunan Milli Məclisin sədri, müxtəlif siyasi sistemləri və regionları bir araya gətirən mühüm qlobal parlament platforması kimi Parlamentlərarası İttifaqın (PAİ) xüsusi rolunu qeyd edib.

S.Qafarova bildirib ki, həqiqi inklüzivlik bütün regionların yalnız beynəlxalq parlament platformalarında təmsil olunmasını deyil, həm də prioritetlərin müəyyənləşdirilməsi, ideyaların irəli sürülməsi və rəhbərliyin həyata keçirilməsi proseslərində bərabər iştirak imkanına malik olmasını nəzərdə tutur.

O vurğulayıb ki, bu baxımdan PAİ ilə Pan-Afrika Parlamenti kimi regional parlament təşkilatları arasında əməkdaşlığın daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Spiker qeyd edib ki, məhz belə bir əməkdaşlıq sayəsində PAİ regional parlament təşkilatlarının təcrübəsi və siyasi baxışlarından faydalana, Pan-Afrika Parlamenti isə PAİ-nin qlobal platformasından istifadə etməklə Afrikanın prioritetlərini beynəlxalq parlament gündəliyinə çıxara və qitənin parlament diplomatiyasındakı rolunu daha da gücləndirmək imkanı əldə edə bilər. Onun sözlərinə görə, müasir dövrdə ehtiyac duyulan parlament çoxtərəfliliyi daha geniş təmsilçiliyə, daha sıx əlaqələndirilmiş əməkdaşlığa və bütün regionların reallıqlarına daha həssas yanaşmaya əsaslanmalıdır.

Çıxışının sonunda Milli Məclisin sədri S.Qafarova Pan-Afrika Parlamenti, eləcə də Afrika ölkələrinin parlamentləri ilə həmrəy olduğunu ifadə edərək, beynəlxalq münasibətlər sistemində Afrikanın daha güclü səsə və daha fəal rola malik olmasının vacibliyini vurğulayıb.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yer əslində dairəvi deyilmiş: NASA-dan yeni görüntülər - VİDEO

Yer əslində dairəvi deyilmiş: NASA-dan yeni görüntülər - VİDEO

Sükan arxasında telefonla danışdı, maaşından tutuldu - VİDEO

Sükan arxasında telefonla danışdı, maaşından tutuldu - VİDEO

Beyləqanda iki avtomobil toqquşdu: Ölən və yaralananlar var

Beyləqanda iki avtomobil toqquşdu: Ölən və yaralananlar var

İran Hörmüz boğazının tamamilə bağlandığını ELAN ETDİ

İran Hörmüz boğazının tamamilə bağlandığını ELAN ETDİ

Prezident və xanımının Qırğızıstan səfərindən VİDEOÇARX

Prezident və xanımının Qırğızıstan səfərindən VİDEOÇARX

Yeddi körpənin yanaraq öldüyü mərkəz təmir ediləcək

Yeddi körpənin yanaraq öldüyü mərkəz təmir ediləcək

Alı Alıyev özünə yeni köməkçi TƏYİN ETDİ

Alı Alıyev özünə yeni köməkçi TƏYİN ETDİ

“Port Baku”dakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA

“Port Baku”dakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA

Erməni separatçıların apellyasiya məhkəməsi yekunlaşdı - FOTO

Erməni separatçıların apellyasiya məhkəməsi yekunlaşdı - FOTO

Dünya çempionatı: Güləşçimiz təsəlliverici görüşə çıxacaq

Dünya çempionatı: Güləşçimiz təsəlliverici görüşə çıxacaq

İlham Əliyevin Qırğızıstana dövlət səfəri BAŞA ÇATDI - FOTO

İlham Əliyevin Qırğızıstana dövlət səfəri BAŞA ÇATDI - FOTO

Bakının bu mərkəzi küçələri tamamilə bağlanır - XƏBƏRDARLIQ

Bakının bu mərkəzi küçələri tamamilə bağlanır - XƏBƏRDARLIQ

Masallıda 16 yaşlı qızın meyiti TAPILDI

Masallıda 16 yaşlı qızın meyiti TAPILDI

Sahibə Qafarova Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında - FOTO

Sahibə Qafarova Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında - FOTO

Çimərlikdə oğurluq edən şəxs SAXLANILDI

Çimərlikdə oğurluq edən şəxs SAXLANILDI

Vətən müharibəsi iştirakçısını cərəyan vurub öldürdü - FOTO

Vətən müharibəsi iştirakçısını cərəyan vurub öldürdü - FOTO

Bloqer Hüseyn Həsənov 6 il müddətinə həbs oluna bilər

Bloqer Hüseyn Həsənov 6 il müddətinə həbs oluna bilər

Təbiətə 227 min manatdan çox ziyan vuruldu

Təbiətə 227 min manatdan çox ziyan vuruldu

Xanəndə açıq ürək əməliyyatı keçirdi

Xanəndə açıq ürək əməliyyatı keçirdi

"Port Baku"da ev yanır - VİDEO

"Port Baku"da ev yanır - VİDEO

İspaniyaya axın edən miqrantların sayı açıqlanıb

İspaniyaya axın edən miqrantların sayı açıqlanıb

"Mənə paxıllıq edənlərin hamısı ölüb"

"Mənə paxıllıq edənlərin hamısı ölüb"

Rusiya səfiri Polşa XİN-ə çağırıldı

Rusiya səfiri Polşa XİN-ə çağırıldı

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsi HAZIRDIR - FOTO

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsi HAZIRDIR - FOTO

End of content

No more pages to load

RADİO