Bakı şəhərinin Səbail rayonunda yerləşən "Port Baku” yaşayış kompleksindəki mənzilllərdən birində yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər “baku.ws”in "qaynar xətti"nə daxil olub.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb edilib.
Xəsarət alanlar barədə məlumat yoxdur.
Bizim.Media