Əli Əsədovdan ictimai nəqliyyatla bağlı YENİ QƏRAR

Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası"nı təsdiq edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qayda Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə dəyərin, eləcə də həmin dəyərlə təsdiq edilmiş gediş haqqına uyğun olaraq sərnişinlərin ödənişlərindən toplanan vəsait arasında yaranacaq mənfi fərqin hesablanması və bununla bağlı subsidiyanın ödənilməsi qaydalarını müəyyən edir.
 

Qaydaya əsasən, gediş haqqı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin hesabına ödənilir. Müqavilə üzrə ay ərzində xidmətlərin dəyəri gediş haqqının Agentliyin hesabına ödənilməsindən formalaşan vəsait, "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondundan ayrılan subsidiya, həmçinin qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan vəsait hesabına ödənilir.


Müqavilə üzrə ay ərzində subsidiya Agentlik tərəfindən ayda bir dəfə daşıyıcı tərəfindən verilən hesab faktura və Agentlik və daşıyıcı tərəfindən imzalanan xidmətlərin qəbul aktı əsasında ödənilir. Müqavilə ilə müəyyən edilmiş marşrut (marşrutlar) üzrə gediş haqqından aylıq toplanan vəsait müqavilə üzrə ay ərzində göstərilən xidmətin dəyərindən çox olduqda artıq vəsait Agentliyin hesabında qalır. Digər daşıyıcılarla bağlanılan müqavilələr ilə müəyyən edilmiş marşrut (marşrutlar) üzrə gediş haqqından aylıq toplanan vəsait xidmətin dəyərindən az olduqda xidmətin dəyərinin ödənilməsində həmin vəsaitdən istifadə olunur.

Gediş haqqının ödənilməsindən Agentliyin hesabına daxil olan vəsait hesabına Agentlik daşıyıcının hesabına avans köçürə bilər və bu zaman yarana biləcək bank komissiyası daşıyıcıya ödənilən vəsaitdən tutulur. Müqavilə üzrə ay ərzində subsidiyanın ödənilməsi zamanı daşıyıcıya ödənilən avansın ümumi məbləği nəzərə alınır.

Müqavilə üzrə ödənişlər Agentlik tərəfindən daşıyıcının müqavilədə göstərilən bank hesabına pul vəsaitlərinin köçürülməsi yolu ilə nağdsız şəkildə həyata keçirilir.

Təqvim ili başa çatdıqdan sonra 30 iş günü ərzində daşıyıcı və Agentlik hesablaşmaları üzləşdirirlər. Hesablaşmaların üzləşməsinin nəticələrinə əsasən, daşıyıcı və Agentlik üzləşmə aktı tərtib edir və imzalayırlar. Üzləşmə zamanı yaranan borcun ödənilməsi və ya artıq ödənilmiş vəsaitin geri qaytarılması hallarında 2 iş günü ərzində yazılı bildiriş verilir və həmin yazılı bildirişin alındığı tarixdən 7 iş günü ərzində ödəniş həyata keçirilir.
 

Agentlik tərəfindən Xidmətin dəyərinə ildə bir dəfə, həmçinin yanacağın qiymətində dəyişikliklər olduğu və digər əhəmiyyətli hallar (verginin və digər məcburi ödənişlərin artması, avtomobillərin təmiri xidmətinin 10% və daha çox bahalaşması, milli valyutanın devalvasiyası, 10%-dən daha çox inflyasiyanın olması) baş verdiyi təqdirdə yenidən baxılır və nəticəsi müqavilənin ayrılmaz tərkib hissəsi olan protokolla rəsmiləşdirilir.


"Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" ölkə Prezidentinin 19 sentyabr 2025-ci il tarixli fərmanının 4.3-cü bəndinə əsasən təsdiq edilmiş tələblər ilə müəyyən edilən yürüş həddini və maksimum istismar müddətini keçən avtobuslarla xidmət göstərilə bilməz.

Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsi üçün avtobuslar dövlət vəsaiti hesabına alındıqda subsidiya hesablanarkən kapital xərcləri nəzərə alınmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

End of content

No more pages to load

RADİO