Amerika ağ kəpənəyi Lənkəranı BÜRÜDÜ - Zərərvericilər evlərə DOLUR - FOTO

Lənkəranda Amerika ağ kəpənəyinin yayılması sakinləri narahat edir.

Lənkəranda Amerika ağ kəpənəyinin kütləvi yayılması sakinlərin narahatlığına səbəb olub. Zərərvericilər artıq təkcə həyətyanı sahələrdə deyil, yaşayış evlərində də müşahidə olunur.

Liman şəhəri, Boladi, Separadi, Zövlə və digər yaşayış məntəqələrində Amerika ağ kəpənəyinin sayı son günlər xeyli artıb. Sakinlərin sözlərinə görə, zərərverici may ayının sonlarından etibarən meyvə ağaclarında və həyətyanı sahələrdə görünməyə başlayıb. Hazırda isə meyvə ağaclarına və tərəvəz sahələrinə ciddi ziyan vurur. Gündüz saatlarında yarpaqlar arasında gizlənən kəpənəklər gecələr evlərə daxil olur. Xüsusilə azyaşlı uşaqları olan ailələr bu vəziyyətdən narahatdır. Sakinlər fərdi qaydada kimyəvi mübarizə aparsalar da, bunun effektiv nəticə vermədiyini bildirirlər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin rəisi Ceyhun İbrahimov Bizim.Media-ya bildirib ki, hazırda Lənkəranın Nərimanabad, Üzümçülük, Liman, Şirinsu, Boladi və Zövlə kəndlərində Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Onun sözlərinə görə, zərərvericinin yayılmasının qarşısını almaq məqsədilə ümumilikdə 500 hektar ərazidə xüsusi texnika və müvafiq preparatlarla çiləmə işləri aparılır.
 

Ceyhun İbrahimov qeyd edib ki, 2026-cı ildə 6500 hektar ərazidə monitorinqlər keçirilib, 4700 hektarda sirayətlənmə aşkarlanıb və həmin ərazilərin hamısında kimyəvi mübarizə tədbirləri həyata keçirilib. O bildirib ki, Amerika ağ kəpənəyinə qarşı ilk növbədə mexaniki mübarizə aparılmalı, ağaclarda əmələ gələn torlar kəsilərək məhv edilməli, daha sonra isə kimyəvi preparatlardan istifadə olunmalıdır.


Qeyd edək ki, Amerika ağ kəpənəyi hazırda Lənkəranla yanaşı Zaqatala-Balakən bölgəsi, Bərdə rayonu, Abşeron yarımadası və Sumqayıt ərazisində də geniş yayılıb.










Sabutay Nağı, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

End of content

No more pages to load

RADİO