Əri süpürgəçi qadını 8 Martda ona verilən güllərə görə öldürübmüş...

Bakıda 1967-ci il təvəllüdlü arvadı Şəhla Hüseynovanı qətlə yetirən və bu həftə məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilən İlham Hüseynovun cinayət əməli ilə bağlı bir sıra maraqlı məqamlar üzə çıxıb.
 
Bizim.Media Xitab24.az-a istinadən xəbər verir ki, İlham Hüseynov Mənzil Kommunal İstismar Sahəsində süpürgəçi işləyən 59 yaşlı arvadını ona xəyanət etməsindən şübhələndiyi üçün öldürdüyün bildirib.
 
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, küçədə tanımadığı şəxslərin süpürgəçi işləyən arvadına pul verməsi onda şübhə yaradıb. Onu bu şübhəyə salan məqamlardan biri də 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə küçədə tanımadığı şəxsin həyat yoldaşına gül bağışlaması səbəb olub.
 
Ancaq sonradan məlum olub ki, həmin gülü qadına süpürgəçilik etdiyi ərazidə gül mağazasının işçiləri bayram münasibətilə verib.
 
Bu fakt qadının qızı ilə vatsap yazışmasında üzə çıxıb.
 

Qadın ağlayaraq qızına səsli mesaj göndərib. Səsli mesajda ərinin ona təzyiqlər göstərərək narahat etməsini, yaşlı vaxtında onu qısqanmasını, işə getməyib mütəmadi olaraq onu güdməsini bildirib.


 Qadının həmçinin küçədə süpürgəçi işlədiyi üçün yoldan keçən şəxslərin yardım məqsədilə ona pul vermələri səbəbindən ərinin buna qısqanclıqla yanaşdığını, bu səbəbdən iş vaxtı əksər hallarda onun yanında dayandığını, belə olan hallarda küçədən keçən şəxslərin onun yanında kişi olduğunu görüb yaxınlaşmadıqlarını bildirərək ərindən şikayətlənib.
 
Fəhlə işləyən İlham Hüseynov isə fikrindən daşınmayıb və o, kirayə yaşadığı mənzildə arvadına 10 bıçaq zərbəsi vuraraq, onu həyatdan məhrum edib.

Məlum olub ki, İlham Hüseynov hadisədən əvvəl həbsxanada olan oğlanlarının yanına gedərək, onlara darıxmamağı, tezliklə yanlarına gələcəyini bildirib.
 
Hadisədən sonra bıçaqla birlikdə Bakı şəhəri Yasamal rayonunun 29-cu Polis bölməsinə gedən təqsirləndirilən şəxs, "Bu bıçaq, bu da mən, həyat yoldaşımı öldürmüşəm", deyərək əməlini etiraf edib.
 
Qeyd edək ki, İlham Hüseynovun hər iki oğlu narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək azadlqıdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

End of content

No more pages to load

RADİO